Tayvanda "Bavi" tayfununun elektrik xətlərinə dəyən ziyan səbəbindən 177.400-dən çox ev təsərrüfatı elektrik enerjisiz qalıb.
EDnews xəbər verir ki, bu barədə "Focus Taiwan" xəbər portalı məlumat yayıb.
Son məlumatlara görə, tayfunla əlaqəli hadisələrdə 87 nəfər yaralanıb, əvvəlki hesabatda isə bu rəqəm 36 nəfər idi. Lakin ciddi xəsarət alanlar barədə məlumat verilməyib.
Adanın aviasiya orqanlarının məlumatına görə, fırtına səbəbindən son iki gündə təxminən 1200 daxili, beynəlxalq və tranzit uçuşu ləğv edilib. Bərə xidməti də müvəqqəti olaraq dayandırılıb, Tayvanı qonşu adalar və Çin materiklə birləşdirən 116 bərə xidməti ləğv edilib.
Potensial təhlükəli ərazilərdən 14 mindən çox insan təxliyə edilib və ən çox təxliyə edilən insan Hualien dairəsində qeydə alınıb.







