ABŞ dövlət katibi Marko Rubio Venesuelanın maliyyə sektoruna, təbii sərvətlərinin bölüşdürülməsinə və hökumət fəaliyyətinə faktiki olaraq nəzarət edir.
EDnews xəbər verir ki, bu iddianı mənbələrə istinadən "The New York Times" (NYT) qəzeti irəli sürüb.
Qəzetin məlumatına görə, ABŞ Dövlət Katibi həmçinin Venesuelaya qarşı sanksiyalara nəzarət edir və ölkədə kimin və hansı şərtlərlə iş aparmasına icazə veriləcəyinə qərar verir.
Qeyd olunub ki, Rubio Bolivar Respublikasının prezident elçisi Delsi Rodrigez ilə müntəzəm əlaqə saxlayır və "WhatsApp"da ispan dilində mesajlar mübadiləsi aparır.
Nəşrin qeyd etdiyi kimi, Venesuela müxalifətinin keçmiş üzvü Mariya Korina Maçadoya gəldikdə isə, Rubio son aylarda ondan uzaqlaşıb.
Qəzetin məlumatına görə, Amerika lideri Donald Trampın potensial varisi hesab etdiyi Rubionun siyasi gələcəyi ABŞ-nin Venesuela ilə bağlı siyasətinin uğurundan asılı ola bilr.







