ABŞ-nin iyulun 8 və 9-da İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 17 nəfər həlak olub, daha 115 nəfər yaralanıb.
EDnews xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsində paylaşım edib.
“Ölkənin altı şəhərinə endirilən ABŞ hava zərbələri nəticəsində 115 nəfər yaralanıb. Təəssüf ki, 17 həmvətənimiz həyatını itirib”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Kermanpur 14 nəfərin öldüyünü, 78 nəfərin isə yaralandığını açıqlamışdı.








