"Starlink" fövqəladə vəziyyətlər zamanı sabit internet əlaqəsinin təmin olunması üçün Ermənistana daha 56 avadanlıq dəsti təqdim edib.
EDnews xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan məlumat verib.
Onun sözlərinə görə, avadanlıqlar xilasetmə xidmətlərinin istifadəsi üçün Daxili İşlər Nazirliyinə veriləcək.
Qurğular təbii fəlakətlər və böhran vəziyyətlərində, eləcə də ənənəvi rabitə sistemlərinin işləmədiyi hallarda əlaqənin saxlanmasına imkan yaradacaq.
Qeyd edək ki, "Starlink" amreikalı milyarder İlon Maska məxsus "SpaceX" şirkətinin layihəsidir və Ermənistanda 2025-ci ildən fəaliyyət göstərir.








