ABŞ-ın media nəhəngi Paramount keçmiş prezident Donald Trampın “CBS” telekanalına qarşı qaldırdığı iddianı həll etmək üçün 16 milyon dollar ödəməyi qəbul edib.
“EDnews”un “New York Times”a istinadla verdiyi xəbərə görə, məsələ Trampın Kamala Harris ilə “60 Minutes” proqramında yayımlanan və redaktə olunduğu iddia edilən müsahibə ilə bağlıdır.
Xatırladaq ki, 2023-cü ilin noyabrında ABŞ prezidentliyinə namizədliyini irəli sürən Tramp, “CBS News”a qarşı 10 milyard dollarlıq iddia qaldırmışdı. O, kanalın Kamala Harris-lə müsahibənin orijinal versiyasını yaymaqdan imtina etməsini seçki prosesinə müdaxilə kimi qiymətləndirmişdi.
Daha sonra Tramp tələbini 20 milyard dollara qədər artırmışdı. İyunun sonunda “Wall Street Journal” vasitəçilərin bu iddianı 20 milyon dollar qarşılığında razılaşdırmaq istədiyini yazmışdı. Nəticədə “Paramount” 16 milyon dollarlıq kompromis təklifi ilə razılaşıb.
Şəms Qasımlı // EDnews