Vaşinqtonla ticarət və tarif danışıqlarında ölkəni təmsil edən Yaponiyanın iqtisadiyyat naziri Rösey Akadzava ABŞ-da maliyyə naziri Skott Bessentlə görüşə bilməyib.
“EDnews” Kyodo agentliyinə istinadən xəbər verir ki, o, Tokioya qayıtmağa qərar verib.
İyunun 26-29-da ABŞ və Yaponiya arasında məsləhətləşmələrin yeddinci raundu olmalı idi. İyunun 27-də R.Akadzava ABŞ ticarət naziri Hovard Latniklə görüşdü və ertəsi gün onunla iki dəfə telefonla danışdı. Yaponiya tərəfi ilk növbədə avtomobillərin rüsumlarının 25% azaldılmasına nail olmaq istəyir.
Yaponiya nümayəndəsi maliyyə naziri S.Bessentlə şəxsən görüşmək üçün ABŞ-də qalma müddətini uzadıb, lakin istəyinə nail ola bilməyib.