Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək.
“EDnews” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Təşkilata üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin görüşü Çolpon-Atada keçirilir.
2024-cü ildə Ermənistan KTMT-nin Qırğızıstandakı təlimlərində də iştirakdan imtina edib.
Daha sonra, 2025-ci ilin martında Ermənistan hökuməti KTMT katibliyini təşkilatın maliyyələşdirilməsində iştirakını dayandırmaq qərarı barədə xəbərdar edib.