ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff yaxın günlərdə İranla nüvə sazişi üzrə danışıqlar aparacaq.
“EDnews” xəbər verir ki, Vitkoff İran tərəfinə Tehrana qarşı sanksiyaların yumşaldılması müqabilində uranın zənginləşdirilməsindən imtina etməyi təklif edəcək.
İyunun 27-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, hazırda Vaşinqton və Tehran arasında danışıqların bərpası ilə bağlı qərar yoxdur. ABŞ prezidenti Donald Tramp tərəflərin gələn həftə danışıqlara başlayacağını bildirib.