İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 81 nəfər artıb.
“EDnews” xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ölənlərin sayı 56 min 412 nəfərə çatıb.