Norveç kraliçası Sonya nəfəs darlığı səbəbindən müayinə üçün Milli Xəstəxanaya aparılıb.
“EDnews” xəbər verir ki , bu barədə kral evinin Mətbuat Xidmətindən məlumat verilib.
"Kraliça həyat yoldaşı ilə Pasxa bayramını keçirdikləri Sikkilsdalendəki dağ evindən sanitar aviasiyanın köməyi ilə aparılıb", - deyə məlumatda bildirib.
Kraliçanın 87 yaşı var. Bu ilin yanvarında ürəyinə kardiostimulyator yerləşdirilib.
O, 88 yaşlı Kral V Harald ilə evlidir. Onların iki övladı var - Vəliəhd Şahzadə Hokon (49 yaş) və Şahzadə Marta-Luiza (51 yaş).
Fatimə Mərdanlı // EDnews