Amerika basketbolçusu Kaynu Roçford Nyu-Yorkda keçirilən turnirdə güllələnib.
EDnews-un xəbərinə görə, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, idmançı oyunlar arasındakı fasilə zamanı başından güllə yarası alıb. Hadisə nəticəsində daha iki nəfər yaralanıb.
Roçfordun 35 yaşı var idi. O, karyerası ərzində Niderland, İsrail, Fransa, İsveçrə, Böyük Britaniya və bir sıra digər ölkələrin klublarında oynayıb.







