Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zaqklis Azərbaycanda bu idman növünün inkişafından məmnun qalıb.
“EDnews” xəbər verir ki , Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov bildirib.
O, FIBA rəsmisinin Bakıya səfəri ilə bağlı danışıb:
"Andreas Zaqklis Bakıya işgüzar səfərə gəlmişdi. Azərbaycan basketbolu ilə yaxından tanış olmaq istəyirdi. O, Qazaxıstandan paytaxtımıza yollanmışdı. Burada olduğu müddətdə bir sıra görüşlər keçirdi və cari məsələlər müzakirə olundu. Azərbaycan klublarının Çempionlar Liqasında oynaması, FIBA Avropa Kuboku və 3x3 basketbol barədə söhbətlər aparıldı. Məhsuldar görüşlər idi. Ölkə basketbolunun hazırkı durumundan danışıldı. Bir sözlə, ümumi məsələr barədə müzakirə aparıldı".
Fatimə Mərdanlı //EDnews