Azərbaycanın BMT-dəki tədbirində qadınların gücləndirilməsi və yaşıl keçid mövzusu müzakirə edilib

Cəmiyyət 02:03 11.03.2025

Azərbaycan BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş yan tədbirdə qadınların gücləndirilməsi və kiçik və orta bizneslərin yaşıl keçidə uyğunlaşması mövzusunu müzakirəyə çıxarıb, həmçinin mərasimdə Azərbaycanın sosial-iqtisadi inkişafı və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib.

“EDnews” xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı Baş Qərargah binasında Qadınların Statusu Komissiyasının (CSW69) 69-cu sessiyası çərçivəsində Azərbaycanın ev sahibliyi ilə yan tədbir keçirilib. Dəyirmi masa “Bakı İqlim Koalisiyası – KOB-ların Yaşıl Keçidi: Qadınların Gücləndirilməsi” mövzusunda təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) və BMT-də İslam Əməkdaşlıq Təşkilatının Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Dəyirmi masada İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş direktoru, Türkiyənin keçmiş ailə, əmək və sosial xidmətlər naziri Zəhra Zümrüt Selçuk, Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Tofiq Musayev, KOBİA-nın İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, dünya təşkilatının Cənub-Cənub Əməkdaşlıq İdarəsinin (UNOSSC) direktoru Dima Al-Xatib, İslam Əməkdaşlıq Təşkilatının BMT-də daimi müşahidəçisi səfir Hamid Ajibaiye, BMT qurumlarının və ECOSOC-a akkreditə olunmuş qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri iştirak edib.

Dəyirmi İslam Ölkələrinin Statistika, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin təmsilçisi Atilla Karamanın moderatorluğu ilə keçirilib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva bildirib ki, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz Ətraf Mühit və Yaşıl Artım Ölkəsi” kimi müəyyən edilib.

O, mərasim iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri və bölgənin yaşıl enerji zonasına çevrilməsi istiqamətində həyata keçirilən konkret tədbirlərdən bəhs edib: “1990-cı illərin əvvəlində müstəqilliyini qazandıqdan sonra Azərbaycan işğala və təcavüzə məruz qaldı. 30 il davam edən münaqişənin həllindən sonra ölkəmiz suverenliyini və ərazi bütövlüyünü bərpa edərək minlərlə vətəndaşın doğma torpaqlarına qayıtmasına şərait yaradıb. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonası yaratmaqla bölgədə ağıllı şəhər və ağıllı kənd konsepsiyaları əsasında yeni yaşayış məntəqələri inşa edir”.

Aparat rəhbəri qeyd edib ki, ötən il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

C. Rəhmətullayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı çərçivəsində qadınlar üçün iqtisadiyyat və idarəetmə sahələrində təlimlərin keçirildiyini vurğulayıb. O həmçinin ölkədə insan kapitalının inkişafına yönəlmiş siyasət nəticəsində qadınların cəmiyyətə və dövlət işlərinə daha fəal şəkildə inteqrasiya olunduğunu xüsusi qeyd edib: “Hazırda Azərbaycanda qadınlar ümumi işçi qüvvəsinin 48 %-ini, qadın sahibkarlar isə 23 %-ini təşkil edir”.

Fatimə Mərdanlı//EDnews

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı