Əməkdar jurnalist Aydın Ağazadənin 70 illik yubileyi qeyd edilib

Cəmiyyət 16:22 17.02.2025

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə əməkdar jurnalist Aydın Ağazadənin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib. 

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyarın geniş yaradıcılıq diapazonu ilə seçildiyini, zəngin və mənalı ömür yolu keçdiyini vurğulayıb. O bildirib ki, A.Ağazadə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1976-1990-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə işləyib. 1990-1992-ci illərdə “Ədalət” qəzetinin şöbə müdiri, baş redaktorun birinci müavini vəzifəsində çalışıb. 1992-2001-ci illərdə “Azərbaycan” qəzetində hüquq şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 

“Ədalət” və “Azərbaycan” qəzetlərində yubilyarla birlikdə çalışdığı dövrləri yada salan MŞ sədri əlavə edib ki, A.Ağazadə 2001-ci ildən 2015-ci ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsini tutub. Bu vəzifədə nümunəvi xidmət göstərib. R.Məcid onu da bildirib ki, yubilyar 4 kitab, 3 pyes, 1 kinossenari və 1000-dən çox məqalənin müəllifidir, 2020-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. MŞ sədri A.Ağazdənin 70 illik yubileyi ilə bağlı rəhbərlik etdiyi qurumun diplomu ilə də təltif olunduğunu diqqətə çatdırıb və diplomu ona təqdim edib. 

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Şuranın Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, yazıçı Xeyrəddin Qoca, tanınmış jurnalist Araz Qurbanov, “Şuşa” qəzetinin redaktoru, publisist-tərcüməçi, Vasif Quliyev, teatrşünas və dramaturq Çingiz Ələsgərli, əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Fazil Rəhmanzadə, əməkdar jurnalist Əhməd Əsgər, yazıçı-publisist Bəxtiyar Qaraca, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı,  “Azərbaycan” qəzetinin əməkdaşı Bəxtiyar Əzizli və başqaları A.Ağazadəni məhsuldar həyat yolu keçmiş istedadlı jurnalist, yazıçı, daim mediaya bağlı olan, informasiya işinin həssaslığını duyan bacarıqlı məmur, əsl ziyalı və dost kimi xarakterizə edib, ona yubiley təbriklərini, xoş arzularını çatdırıblar. 

Sonda çıxış edən Aydın Ağazadə həyat yoluna və yaradıcılığına verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. Yubilyar özü haqqında söylənilən xoş sözlərin onu yaradıcılığa səslədiyini, həyat stimulu verdiyini vurğulayıb. 

 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı