"Azərişıq" və MEDİA Zəngilana mediatur təşkil etdi

Cəmiyyət 11:59 08.02.2025

“Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Zəngilana mediatur təşkil olunub.

"EDnyus" xəbər verir ki, “Azərişıq” ASC-nin 10 illik yubileyi ilə əlaqədar keçirilən mediatur çərçivəsində KİV nümayəndələri Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olublar.

 Qonaqlara yeni yaradılan mərkəzlə bağlı məlumat verilib. Bildirilib ki, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı ötən il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə reallaşıb. Müasir texnologiya və avadanlıqlarla təchiz olunan mərkəzdə hər birinin gücü 2500 kV olan iki transformator, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib.

Daha sonra media nümayəndələrinin iştirakı ilə konfrans keçirilib. Əvvəlcə “Azərişıq” ASC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayev görülən işlər barədə məlumat verib. “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edib və 2015-2025-ci illər ərzində “Azərişıq” ASC-nin keçdiyi inkişaf yoluna qısa nəzər salıb. Bildirib ki, qarşıya qoyulan əsas hədəflərdən biri işğaldan azad olunan ərazilərin elektrik şəbəkəsinin yenilənməsi idi. Cəmi bir ayda Şuşa şəhəri elektrik enerjisi ilə təmin olundu. Həmçinin digər regionlarda reallaşan “100 kənd” layihəsi əsasında 2023-cü ildə 140-dək, 2024-cü ildə 120-dən çox kənd və qəsəbələrdə şəbəkə xətləri yenilənib. 2025-ci ildə də bu layihə uğurla davam etdirilir. Konfransda “Azərişıq” ASC-nin 10 illik fəaliyyətini əks etdirən videoçarx da nümayiş olunub. Çıxışlar zamanı “Azərişıq” ASC sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov 10 illik fəaliyyəti dövründə qurumun əldə etdiyi nailiyyətlərdən bəhs edib. Bildirib ki, ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 10 ildə 20 min km uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib, 30 min km-ə yaxın mövcud elektrik verilişi xətləri yenisi ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsi quraşdırılıb. “Azərişıq” ASC çətin relyef və hava şəraitinə baxmayaraq, ölkənin bütün regionlarında elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir.

Media nümayəndələrinə elektron xidmətlər barədə məlumat verilib. Qeyd edib ki, 2017-ci illə müqayisədə “Azərişıq” ASC-nin “ASAN xidmət” mərkəzlərində 8 il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb. Əvvəl 7 prosedurla aparılan müraciətlər bu gün cəmi 2 prosedurla yekunlaşır. Nəticədə şəbəkəyə qoşulma müddəti 41 gündən 20 günə endirilib. Hazırda “Azərişıq” ASC-nin 15 elektron xidməti mövcuddur və bu xidmətlər vasitəsilə vətəndaşlar prosedurları onlayn şəkildə idarə edə bilirlər. Ötən il sahibkarlıq subyektlərinin 53.4%-i elektron şəkildə müraciət edib”.

Sonda çıxış edən “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev 10 il ərzində ölkə üzrə enerji yığımı göstəricisinin 80%-dən 97,6%-ə yüksəldiyini deyib. Həmçinin qeyd edib ki, texniki itki göstəriciləri 13,9%-dən 8,5%-ə endirilib. Bu ilin sonunadək texniki itkilərin daha 0,2% azaldılaraq 8,3%-ə çatdırılması proqnozlaşdırılır. Həmçinin bu illər ərzində abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib. Bu gün işğaldan azad edilən ərazilərdə 4182-si əhali qrupu olmaqla 5097 abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunub. Çıxışlardan sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Sonda qonaqlar Zəngilanın elektrik enerjisi ilə təminatı üçün çəkilən 35 kV-luq ÖİN-3 kabel xətti ilə tanış olublar. İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkə üzrə yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, həm də maarifləndirici tədbirlərin keçirilməsini davam etdirir.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı