"İstehlakçılar almadıqları mallara görə hər il 500 milyon manat ödəyir "

Cəmiyyət 12:02 29.11.2024

2024-cü ilin sonuna bir ay qalıb. İl ərzində istehlakçılar tərəfindən dövlət orqanlarına və vətəndaş cəmiyyətinə bir çox şikayətlər daxil olub. Bəs il ərzində ən çox şikayət hansı sahədən olub?

EDnews xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son 4 ildə istehlakçıların aldadılması trendi mürəkkəb texniki cihazlardan qaynaqlanır:

“Burada da mobil telefonlar birinci yerdə dayanır. İstehlakçıları aldatma yarışında bir sıra şirkətlər dayanır. Amma şikayət olmayan şirkətlər də var. Ən çox şikayət texniki cihazlarla bağlı gəlir. İstehlakçıların hüquqlarını pozan bəzi şirkətlərlə bağlı əsas məsələ onlarla dialoqa girib problemi həll etməyin müşkül olmasıdır. Təəssüflər olsun ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət orqanı - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti demək olar ki, bu qurumların əlində acizdir, yaxud özləri acizlik göstərirlər”.
 

E.Hüseynovun sözlərinə görə, ikinci sırada ərzaq malları ilə bağlı şikayətlər gəlir:
 

“Yararlılıq müddəti keçmiş ərzaq məhsulları, endirim adı ilə satılan, amma əslində endirim edilməyən məhsullar buraya daxildir. Lakin supermarketlər şəbəkəsində öndə duran məsələ taxçada qiymətin aşağı olması, amma kassada daha yüksək olmasıdır. Şikayətləri ümumiləşdirsək, Azərbaycan istehlakçıları bir ildə almadıqları mal üçün 500 milyon manat pul ödəyirlər. Məsələn, sonuncu şikayət marketdən badımcan alan şəxsdən gəlmişdi. Belə ki, vətəndaş 86 qəpiklik badımcan alır, amma tərəvəz bölməsində işləyən şəxs 26 manatlıq ekzotik meyvənin qiymətini vurur və ödənilməsi tələb edilir. İstehlakçılar supermarketlər şəbəkələrində kartla ödəniş zamanı böyük aldadılmaya məruz qalırlar. Onların almadıqları məhsullar yazılır. Bu, çox geniş yayılmış istehlakçı şikayətidir. Marketlərdə süni qiymət artımı elektron mallardan sonra ikinci yerdə dayanır.
İstehlakçılar yağlarla bağlı da daim zəng edir, şikayətlərini bildirirlər. Mənşəyi bilinməyən yağların üzərinə bitki yağı yazılır”.
 

AİB sədri qeyd edib ki, sənaye mallarından da şikayətlər olur:
 

“Bu sektorda birinci yerdə onlayn satış şəbəkələri dayanır. Məsələn, son günlər ən çox şikayət yeni meydana çıxmış onlayn ticarət şəbəkəsi Temu-dan gəlir. Vətəndaş reklam kampaniyasında göstərilən məhsulu sifariş verir, amma başqa məhsul gəlir. Bir vətəndaş 2 ədəd saat sifariş verib, ona üzərində saat əqrəbləri olan karton göndərilib. Yaxud qalın tava reklam olunub, sifariş gələndə isə yüngül alimüminium tava gəlib.

Eyni zamanda avtomobil təmiri, sığorta kimi xidmət sahələrindən də şikayətlər daxil olur. Çox təəssüflər olsun ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət orqanı effektsiz işləyir. Təsadüfi deyil ki, cənab Prezident bir ay öncə həmin qurumu Prezident Administrasiyasına tabe olan quruma çevirib. Biz düşünürük ki, bu qurumun yenidən təşkilindən sonra "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda dəyişiklik olacaq və effektli işləyəcək”.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı