Hüseyn Abdullayev cari ilin 02 avqust tarixində ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı istintaq təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.
Ednews xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib.
Məlumat üçün qeyd edilib ki, H.Abdullayevin səhhəti həkim nəzarətindədir.