Səməd Vəkilov Ələyəz kənd sakinləri ilə görüşüb - FOTO

Cəmiyyət 14:13 05.08.2024

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsini uğurla davam etdirir.

Ednews QHT.az-a istinadən xəbər verir ki, Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri araşdırmaçı-hüquqşünas Səməd Vəkilov layihə çərçivəsində  Bakıda yaşayan Qərbi Azərbaycanın Dərləyəz mahalının Ələyəz kənd sakinləri ilə görüşüb. Görüş barədə məlumat verən S.Vəkilov bildirib ki,  görüşün məqsədi  Qərbi Azərbaycandan öz doğma yurd-yuvalarında min bir məşəqqətlə köçmüş əhalinin şəxsi hekayələrini toplamaqdır.  S.Vəkilov onu da qeyd edib ki, 1988-ci il tarixədək Ələyəz kəndində yaşamış Telman İbrahimov və onun yaxınlarının həyat hekayəsini həyacansız dinləmək mükün deyil. Telman İbrahimov Dərləyəzin ən qədim və əsrarəngiz gözəlliyə malik kəndlərindən olan Ələyəz kəndinin müdafiəsi ilə bağlı kənd əhalisinin müqavimətini və Azərbaycanın o vaxtkı səriştəsiz rəhbərliyinin onları müdafiə etməməsi səbəbindən kəndi tərk etmək zorunda qaldıqlarından danışıb. İbrahimovlar ailəsinin bir hissəsi də Çalxanqala kəndində məskunlaşıb.

Ələyəz kəndinin ən köklü ailələrindən olan İbrahimovlar ailəsinin məhək daşı olan Talıb İbrahimov bir müddət kəndin sovet sədri vəzifəzində çalışıb. Onun oğlu Hüseyn İbrahimov II Dünya müharibəsində göstərdiyi şücaətə görə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Uzun illər müxtəlif vəzifələrdə çalışan H.İbrahimov və həyat yoldaşı Nadejda xanım eyni zamanda Ələyəz və ətraf kəndlərində  pedaqoji fəaliyyətlə məşğul olublar. H.İbrahimov BDU-nin Coğrafiya fakultəsində təhsil alarkən yazdığı “Ermənistan SSR ərazisində Arpa çay hövzəsininin faydalı qazıntıları” adlı diplom işi Qərbi Azərbaycanın öyrənilməsində gözəl mənbələrdən biridir.

Qeyd edək ki, Huseyn İbrahimovun ailəsində hərbi sənətinə olan maraq davam etmişdir. H.İbrahimovun oğlu istefada olan mayor Telman İbrahimov  uzun illər C.Naxçıvancki adına hərbi məktəbdə riyaziyyat fənnindən dərs demiş hərbiçilərimizin vətənpərvər ruhda tərbiyə edilməsində xüsusi rol oynayıb. Onun yetişdirmələri içərisində yüksək rütbəli zabitlərlə bərabər Milli Qəhrəman Murad Mirzəyev öz oğlu polkovnik-leytenant Araz İbrahimovda da var. Araz İbrahimov 44 günlük Zəfər savaşında xidmətlərinə görə müxtəlif medallarla təltif edilib. Telman İbrahimov nəvəsi Nihad İbrahimovun simasında ata-baba yurdumuza bağlı yeni nəslin yetişməsində öz tövhəsini verməkdə davam edir.    

Qeyd edək ki, görüşdə MHM-nin sədr müavini Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğluda iştirak edib. Görüşün sonunda S.Vəkilov Telman İbrahimova ötən il çap olunmuş “Qərbi Azərbaycandan Deportasiya: İmirlidə məskunlaşma” adlı kitabını hədiyyə edib. 

Xatırladaq ki, layihə çərçivəsində Qərbi Azərbaycandan Çalxanqala kəndinə köçən əhali ilə bağlı kitab nəşr ediləcək. Odur ki, Çalxanqala sakinlərindən xahiş olunur ki, öz şəxsi hekayələrini və bioqrafiq məlumatlarını layihə rəhbəri S.Vəkilovun elektron poçtuna ([email protected]) göndərsinlər.

Screenshot_8.png

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı