Oğuz rayonunda 36 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Ednews “report.az”a istinadən xəbər verir ki, hadisə rayonun Tayfurlu kəndində meşəlik ərazidə baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Bayramov Fuad Valeh oğlu meşədə olarkən üzərinə ağac düşüb.
O, koma vəziyyətində Oğuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib və daha sonra orada ölüb.