Bakı-Sumqayıt yolundakı qəzada zərər çəkənlərə sığorta ödənişi ediləcək

Cəmiyyət 15:10 02.08.2024

Bu gün Bakı-Sumqayıt yolunda iki avtobusun toqquşması ilə baş vermiş qəza nəticəsində zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək. 

Ednews xəbər verir ki, bu barədə “report.az”ın sorğusuna cavab olaraq qəzanın iştirakçısı olan sərnişin avtobusunun mülkiyyətçisi - “BakuBus” MMC-dən bildirilib. 
 

"Sığorta ödənişi "İcbari sığortalar haqqında" qanuna uyğun həyata keçiriləcək. Hazırda hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq qurumları araşdırma aparır və məsələyə hüquqi qiymət veriləcək," – deyə məlumatda qeyd olunub. 

İcbari Sığorta Bürosundan isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, "İcbari sığortalar haqqında" qanunun tələbinə əsasən, şəhərlərarası və beynəlxalq sərnişin daşımaları həyata keçirən nəqliyyat vasitələrinin (o cümlədən avtobusların) sahibləri mülki məsuliyyəti icbari sığortası ilə yanaşı sərnişinlərin icbari fərdi qəza sığortasına da malik olmalıdır. 

Belə ki, sığorta edilmiş sərnişinin nəqliyyat vasitəsində hərəkətdə olduğu müddətdə bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül, az ağır və yaxud ağır xəsarət alması, əmək qabiliyyətini tam və yaxud qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilir. Bu halda sığorta məbləği, nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə - 5000 manat, hər bir nəqliyyat vasitəsinə münasibətdə isə bu məbləğin müvafiq nəqliyyat vasitəsindəki sərnişin yerlərinin sayına hasili ilə hesablanır. 

Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin bu nisbətlərində ödənilir:

Zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsinə görə 100 %, zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsinə görə 100 %, zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin müəyyən olunması zamanı orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə 80 %, orqanizmin funksiyalarının 61-80 % pozulmasına görə 60 %, orqanizmin funksiyalarının 31-60 % pozulmasına görə 40 %, əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət almasına görə 30 %, yüngül xəsarət almasına görə 15 %. 
 

Yuxarıda qeyd olunan iki növ üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir. 

İcbari qaydada sığortalanmanın təmin edilməsinə nəzarəti “İcbari sığortalar haqqında” qanunun tətbiqi haqqında ölkə prezidentinin fərmanının 4.4-cü maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Daxili İşlər Nazirliyi, hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. 

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə hazırda qüvvədə olan müqavilələrin sayı 145 ədəd, bu müqavilələrə görə toplanmış sığorta haqqı isə 99 min 730 manatdır. 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı