Şuşadan Qərbi Azərbaycana-Leyla Calalova yazır…

Cəmiyyət 09:58 30.07.2024

Şuşa adının yaddaşıma həkk olunduğu gün yaxşı xatirimdədir. Bəlkədə həmin vaxta qədər bu adı televiziyadan, evdəki söhbətlərdən çox eşitmişdim ancaq, heç xatırlamıram.5-6 yaşım olardı, Xocalıda , axşam xalamgilin eyvanında oturub söhbət edirdik, uzaqdan sayrışan işıqlar nəzərimi cəlb elədi, dərhal Aslan dayıdan soruşdum ;

– o işıqlar nədir?

– Şüşənin işıqlarıdır.

Həmin an xəyalımda nağıllarda olduğu kimi, şüşədən şəhər və yaxud qala təsvir elədim, bu təsvir uzun müddət belədə qaldı.1992- ci il may ayının 8-də , başımızın üstündən uçan çox sayda qırıcıların yaxşı əlamət olmadığını hiss edirdik. Televizor və radionun gün ərzində açıq olmasına baxmayaraq xəbər – ətər yox idi. Bu zaman Ağdam rayon prokuroru Zahid əmi darvazadan içəri girdi, Ənvər əmimə – Şuşa işğal olundu! -dedi. İçimdə , şüşə qırılmasını andıran bir şaqqıltı hiss etdim. Xəyalımda qurduğum şüşədən qala parça-parça olmuşdu. Dördyol tərəfdən gəlib Uzundərəni keçəndə gözlərimdən qeyri- ixtiyari yaş süzüldü. Sovet istehsalı olan maşınla bu dərəni keçəndə, təyyarədə olduğu kimi ,elə bil boşluğa düşürdün, bu dərə mənə elə uzun gələrdi ki…Bu dəfə onu hiss etmədim sanki bərkimişdim,bu yolu son dəfə 1991- ci ildə keçmişdim. Yol boyu , uşaqlıqda heyrət etdiyim, mənə görə dünyanın ən böyük şəhəri olan Ağdam yox idi. Əsgərandan xatirimdə qalan Əsgəran qalası idi , onu uşaq vaxtı necə xatırlayırdımsa eləcədə gördüm, buna sevindim. Xocalı, ayrıca söhbətimin mövzusudur Xankəndinin yanından ötüb Şuşaya gəldik. Keçirdiyim hissləri kəlmələr ifadə etməyə yetmir. Çiskin və dumanlı hava idi, torpaq palçığa çevrilmişdi, düşündüm – torpaq qanla yoğrulanda Vətən olur!atdığım addımlardan utanırdım, burda hansı qəhrəmanımızın qanı tökülüb görən ?sualı məni rahat buraxmırdı.Barmağımın ucunda yeriməyə çalışsamda yerin sürüşkən olmağı buna imkan vermirdi. Saata baxdım, İmirli kəndindən bura , bərbad yollarla 1saat 10 dəqiqəyə çatmışdıq. Bu qədər yaxın bir coğrafiyada yerlə günəş arasındakı məsafə qədər uzaq idik. Bütün şəhəri qucaqlamaq istəyirdim, diz çöküb torpağa qarışan Şəhid qanından öpmək istəyirdim,güllə izlərindən dəlik- deşik olan, ortasında böyük kollar, ağaclar bitən, evinin damı olmayan evlərin sakinlərini öz evlərində görmək istəyirdim.40 ildə üst-üstə qalax-qalax olmuş arzuların hamısına 40 dəqiqədə çatmaq istəyirdim. Çoxdan itirib yenicə tapdığım, qoynunda hüzur bulduğum , sıx-sıx getmək istədiyim, bir doğmamı tapmışam elə bil. Anam tez- tez ziyarətlərə gedir. Həmişə ona deyyirəm ki, Allaha niyə şərik qoşursan ? Allah insanı hər yerdə görür və duyur. Anam mənə cavabında – Allah ziyarətgahlarda insanın arzularını daha tez eşidir, çünki həmin yerlər xüsusi olaraq seçilib. Mənə zəng edənlər, məsaj göndərənlər həmişə gəzməkdə deyəndə, cavabında deyirəm mən Şuşaya gəzməyə yox, ziyarətə gəlmişəm. Şuşa – ziyarətgahdır! Ziyarətgahda , Allah adamı daha tez eşidər, məndə bu ziyarətgahda ilk tutduğum arzu, bir gün Qərbi Azərbaycanımızada qovuşmaqdır!

Tanrı ziyarətimizi qəbul eləsin!

Leyla Calalova

t.ü.f.doktoru, ADPU-nin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı