Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının XV konfransı keçirilib.
Ednews xəbər verir ki, Konfransda quruma yeni sədr seçkisi olub.
Seçkinin nəticəsinə görə Xalq artisti Hacı İsmayılov Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib.
Qeyd edək ki, bundan öncə qurumun rəhbəri mərhum Xalq artisti Azər Paşa Nemət olub.