Emin Ağalarov Xəzər dənizində üzərək buradakı borudan çıxan suyun çirkli olmadığını sübut edib.
Ednews xəbər verir ki, son vaxtlarda Nardaranda Xəzər dənizinə çirkab suların axıdıldığı iddia edilirdi. İndiyə kimi bir çox ekspertlər Xəzər dənizinə müxtəlif borular vasitəsi ilə axıdılan bu suyun insanlar üçün zərərli olduğunu bildirib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Ramal Bağırov bildirib ki, araşdırma zamanı vətəndaşların həyətlərindəki şambolardan çirkab suların avtonəqliyyat vasitələri ilə daşınaraq Bilgəh-Novxanı-Sumqayıt avtomobil yol qovşağındakı drenaj xəttinə, oradan da dənizə axıdıldığı müəyyən olunub.
Videonu təqdim edirik: