“Əl-Cəzirə” rəsmisi BAMF-ın fəxri mükafatına layiq görüldü - FOTOLAR

Cəmiyyət 20:58 19.07.2024

İyulun 19-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisində “Əl-Cəzirə” Media Şəbəkəsinin İnsan Hüquqları və İctimai Azadlıqlar departamentinin rəhbəri Sami Əlhaca BAMF – ın fəxri mükafatının təqdimetmə mərasimi keçirilib. 

Ednews xəbər verir ki, ömrünün 7 ilini Quantanamo həbsxanasında ağır məhbus həyatı yaşamış “Əl-Cəzirə”nin əfsanəvi jurnalisti Sami Əlhaca bu mükafat BAMF ilə “Əl-Cəzirə” Media Şəbəkəsi arasındakı çoxillik əməkdaşlığın inkişafına və regiondan obyektiv informasiyanın beynəlxalq miqyasda yayılmasına göstərdiyi  xüsusi xidmətlərinə görə təqdim olunub. Fəxri mükafatı BAMF prezidenti Umud Mirzayev təqdim etmişdir. 

Məlum olduğu kimi, BAMF 2012-ci ildən dünyada nüfuzlu media şəbəkələrindən biri olan “Əl-Cəzirə” ilə müxtəlif tədbirlər, konfranslar və qlobal təşəbbüslər çərçivəsində sıx əməkdaşlıq edir. Bu gün “Əl-Cəzirə” nəinki telekanalları, eləcə də araşdırma mərkəzi, sənədli filmlər, sosial proqramları vasitəsi ilə bütün Yaxın Şərqdə fəaliyyət göstərən media qurumlarının öncüllərindəndir. Bu Media Şəbəkəsi münaqişə bölgələrindən informasiyaların operativ şəkildə dünyaya çatdırılması, regiondan olan ən mühüm xəbərlərin, reportajların obyektiv yayımlanması ilə yanaşı, jurnalistlərin hüquqlarının qorunması, insan hüquq və azadlıqlarının təşviqi istiqamətində fəaliyyəti ilə də diqqət mərkəzindədir. 

2019-cu ildə BAMF “Əl-Cəzirə” ilə birlikdə Azərbaycan haqqında 5 unikal təqdimat filminin hazırlanmasının əsas təşkilatçısı olmuşdur. Qarabağın azadlığı uğrunda 44 Günlük müharibə zamanı “Əl Cəzirə” media heyətini müşaiyət edən BAMF döyüş bölgələrindən 42 reportajın hazırlanmasında iştirak etmişdir. Həmçinin düşmənin təxribat-terrorçu fəaliyyətinə dair ilk beynəlxalq hesabatı 4 dildə hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Bu fəaliyyətdə gündəlik olaraq 4 dildə xəbərlər yayımlayan BAMF-ın “Eurasia Diary” analitik portalı yaxından iştirak etmişdir. 2022-ci ilin mart ayında BAMF ilə Əl Cəzirə Media Şəbəkəsi arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Bu əməkdaşlıq nəticəsində müxtəlif istiqamətlərdə jurnalistlər üçün 10-a yaxın birgə təlimlər təşkil olunmuşdur. Həmçinin “Əl – Cəzirə” Azərbaycanda mövcud mina problemi, islamafobiya və tolerantlıq mövzularına dair mütəmadi reportajlar hazırlamışdır. Bu ilin mart ayında iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsi, BAMF - “Əl Cəzirə” dostluq əlaqələri, COP29, Qarabağa qayıdış və “Əl Cəzirə” telekanallarının Azərbaycan TV-lərində yayımlanması ilə bağlı geniş müzakirələr aparılmışdır. Bunun nəticəsi olaraq may ayında “Əl-Cəzirə” Media Şəbəkəsi ilə imzalanan yeni memoranduma əsasən, Azərbaycanda və regionda keçirilən önəmli tədbirlərin işıqlandırılması, yerli və beynəlxalq media nümayəndələri üçün təlimlərin təşkili və bir çox müxtəlif sahələrdə birgə tədbirlərin icrası nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Departament rəhbəri Sami Əlhaca BAMF – ın fəxri mükafatının təqdimetmə mərasimi “Əl-Cəzirə” Media Şəbəkəsinin rəhbərliyi daxil olmaqla 12 nəfərlik nümayəndə heyətinin iştirakı ilə baş tutub. Mərasimdə qurumun Baş direktoru Mostefa Souaq, Baş direktorunun ofis meneceri Ömər Cəlal Əl Baluşi, İngilis kanalının xəbərlər müdiri Salah Nejm, İngilis kanalının produseri Aysəba Umutlu, Media İnstitutunun direktoru xanım Eman əl Əmri, Araşdırmalar Mərkəzinin Media Tədqiqatları şöbəsinin rəhbəri Məhəmməd Erraji, Araşdırmalar Mərkəzinin Tədqiqat Meneceri Ezzedin Abdelmola, “Əl-Cəzirə”-nin "Sanad" Agentliyinin Rəqəmsal Xəbərlərin Toplanması və Təsdiqinin rəhbəri Əmr Elkazaz və “Mail and Guardian” (M&G) qəzetinin baş icraçı direktoru Tembisa Fakude iştirak ediblər. 

Xatırladaq ki, “Əl-Cəzirə” – nin nüməyəndələri  20-22 iyul tarixlərində MEDİA Agentliyinin keçirəcəyi “Şuşa Qlobal Media Forumu”-da iştirak etmək üçün Beynəlxalq Avrasiya Mətbuat Fondunun vasitəçiliyi ilə Azərbaycana səfərə gəlib. 

Əkbər Novruz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı