Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür

Cəmiyyət 13:05 28.06.2024

Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür.

Həsən bəy Məlikov (Zərdabi) 28 iyun 1837-ci ildə keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub.

O, ilk təhsilini Zərdab kəndindəki mədrəsədə alıb. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılıb. 

Daha sonra 1861-ci ildə məktəbi uğurla bitirərək dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil almağa göndərilib. 1865-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirib. Ali təhsil ocağını əla qiymətlərlə başa vurduğuna görə elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilib. Lakin xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana gətirib.

Zərdabi universiteti bitirdikdən sonra Bakıda məktəbdə təbiət elmləri üzrə müəllim kimi işə düzəlib.

Bununla da onun həyatında yeni dövr - maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır. Lakin problemin çətinliyi onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. Həmin dövrdə burada azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Bununla da Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur. O, müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyəti-xeyriyyə” yaradıb. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə “Cəmiyyəti-xeyriyyə”yə üzv yazdırmaqla məşğul olub.

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M.F.Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulub.

O, Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət verib. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük köməklik göstərib. 

Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy qəzet çap etmək üçün hökumətə müraciət edir. Bununla əlaqədar böyük mütəfəkkir İstanbuldan hürufat gətizdirib və nəhayət, xeyli zəhmətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olub. Bu mətbu orqanla Azərbaycan milli mətbuatının əsası qoyulub.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.

Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokrat naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görüblər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra biliblər.

1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur olub.

Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynayıb. Zərdabi ölümünə yaxın iflic keçirib. Lakin o, ömrünün sonuna qədər “Kaspi” qəzetindəki vəzifəsini davam etdirib. 28 noyabr 1907-ci il tarixində vəfat edib. 

O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən qəbri Fəxri xiyabana köçürülüb.

b0447ef5-62e7-43cc-9d6e-221ec1a8edd3.jpg

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir
16:27 19.06.2025
Yeni Papanın məşhur qohumları üzə çıxdı Madonna,Anjelina Coli,Castin Biber...
15:45 19.06.2025
BQXK hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib
15:21 19.06.2025
Paşinyan Aİİ sammitinə getməyəcək
15:02 19.06.2025
Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində təmsil olunur
14:15 19.06.2025
Niderlandın Təl-Əvivdəki səfirliyi "vuruldu"
13:52 19.06.2025
Çimərliklərdə yoxlama aparıldı
13:34 19.06.2025
"Hizbullah" komandiri öldürüldü
13:31 19.06.2025
BRICS: Qərbsiz gələcəyin xəyalı, yoxsa reallıq?
13:08 19.06.2025
"Xameneyinin öldürülməsi geniş xaosa səbəb ola bilər"
12:58 19.06.2025
"İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
12:53 19.06.2025
"ABŞ-nin müdaxiləsi İran-İsrail münaqişəsinin genişlənməsinə səbəb ola bilər"
12:35 19.06.2025
AQTA transsərhəd heyvan xəstəlikləri üzrə monitorinqlər keçirəcək
11:26 19.06.2025
"Zelenski ilə görüşməyə hazıram, amma sənədləri kim imzalayacaq?"
11:22 19.06.2025
"Məqsədimiz İran hökumətini sarsıtmaqdır"
11:08 19.06.2025
Prezident İlham Əliyev BP -nin baş icraçı direktorunu qəbul edib
10:55 19.06.2025
Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
10:52 19.06.2025
Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək
10:32 19.06.2025
Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
10:25 19.06.2025
İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirdi
10:10 19.06.2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
09:54 19.06.2025
Böyük Britaniyanın baş naziri tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv saldı
09:39 19.06.2025
Dünyanın ən yaxşı 1000 Universiteti siyahısında 6 Azərbaycan universiteti var
09:37 19.06.2025
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi
09:03 19.06.2025
İnsanlıq süni intellektə uduzurmu?
09:01 19.06.2025
"ABŞ İrana zərbə endirməyə hazırlaşır"
05:18 19.06.2025
Yaponiyada güclü zəlzələ baş verib
05:07 19.06.2025
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
Antarktidadan gələn qeyri-adi radio siqnalları: Heç kim nə baş verdiyini bilmir
22:32 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
Hamısı