"Televiziyanın son 30 ildə pozduğu əxlaqı heç kəs edə bilməzdi" — Rasim Balayevdən SƏRT SÖZLƏR

Cəmiyyət 09:45 27.06.2024

Ucuz şeylərlə reytinq tutmaq lazım deyil. Deyəndə ki, bu belədir, cavab verir ki, reytinq budur. Reytinq nədir? Tamaşaçıların zövqünü tamam korlayıblar. Ciddi şeyə baxa bilmirlər. Əxlaq olmayan yerdə özbaşınalıq olur. Cəmiyyətdə hərə öz yerini bilməlidir. Mən daxilimdə azərbaycanlıyam, fransız ola bilmirəm, heç istəmirəm də. Allah məsləhət bilsəydi, elə fransız yaradardı. Mən niyə ondan pis şeyləri oğurlamalıyam. Kişi kişi ilə, qız qızla evlənir. Bu, dünyanın sonuna işarələrdir. O verilişi hazırlayan, filmi çəkən bununla nə demək istəyir?".

Ednews  Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "Otaq 9" layihəsində səsləndirib. O, verilişləri sərt tənqid edib: "Axı bizim özümüzə məxsusluğumuz, dinimiz, ədəb-ərkanımız var. Xaricdə gedirsən, yaşlı bir qadındır, durub yer verirsən, sənə çox pis baxır ki, məni nə hesab edirsən, şikəstəm? Amma bu, bizdə tərbiyə hesab olunur. Biz belə böyümüşük. İndi gənclər telefonu alıb əlinə guya heç nə görmür. Amma bilir ki, yanında qoca kişi əsə-əsə dayanıb. Amma biz həmişə ayağa durmuşuq. Bunun harası pisdir? Əgər sən bunlara riayət etmirsənsə, olursan meşə adamı. Yoxsa bu gedişlə, səviyyəsiz, axmaq verilişlərlə gəncləri korlayırlar. Məhkəmədə olan şeyi gətirib televiziyaya çıxarırlar. Bir yekəbaş arvadı ilə birləşib anasını evdən qovlayıb. Bizim də dinimiz deyir ki, cənnət ananın ayaqları altındadır. Yaxşı, bunu sən niyə televiziyada göstərirsən? Ola bilsin ki, bu tipik hadisə haradasa bir yerdə baş verib. Məhkəməlik olan şeyi gətirib efirdə verirsən. Uşaq, cavan da baxır. Mən yaşda birinə təsir etməz, tam əksi ikrah hissi oyadar. Belə şeydən iyrənirəm. Amma uşaqlar baxır. Ona evdə tərbiyə verirsən ki, böyüyə, kiçiyə hörmət et. Amma sonra baxır ki, sən demə, ananı evdən qovmaq olur. Bununla nə demək istəyirsiniz? Bu nə geyimlərdir, efirə çıxırsınız? Hava istidir, mən də istəyərəm ki, burada şortla gəzim. Bizim milli mentalitetimizə uyğun gəlmir. Demirəm, biz qalaq keçmişdə, o qaranlıqda. Yox. Zamanla ayaqlaşmalıyıq, amma yaxşı şeylərlə. Təəssüf ki, ucuz yolla gedib, reytinq qazanmaq istəyənlər var. Bu reytinqində nəticəsi tamaşaçı zövqünü korlamaqdır. Və insanlar yavaş-yavaş vəhşiləşirlər. Bu sözümə görə məni qınamışdılar. Amma təəssüf ki, bu gün kütlə var. Bu kütləni də yetişdirib çoxaldan verilişlərimiz, televiziyadır. Əvvəl savadlı, ağıllı adamlar efirə çıxardı. Bu gün televizya olub rusların bir sözü var "prokhodnoy dvor". Kim gəlir, efirə çıxarırlar. Televiziyaya nümünəvi adamlar çıxarılmalıdır".

R.Balayev özünə "sənətkar" deyən toy müğənnilərini "bədbəxt" adlandırıb: "Toy müğənniləri var ki, sənətdən danışırlar. Sən heç sənətin qapısı haradadır onu görməmisən, ay "bədbəxt". Amma yeri gələndə bu kütlə onu toya çağırır, yarım saatına 5 min verir. Bu da elə bilir ki, "sənətkar"dır. Bunu da televiziya edir. Televiziyanın son 30 ildə pozduğu əxlaqı heç kəs edə bilməzdi".

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı