BAMF prezidenti Umud Mirzəyev: “QHT-lərimizin sayını artırmaq üçün sistemli təşkilatlanmalı və daha çox çalışmalıyıq”

Cəmiyyət 15:33 24.06.2024

“Bu gün burada Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrini və dövlət xadimlərini bir arada görməkdən məmnunam və hər zaman bu cür təşəbbüslərin dəstəkçisi olan Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümü bildirirəm. Müstəqillik əldə etdikdən bu günə qədər hər ötən il Azərbaycan ən müxtəlif sahələrdə özünün inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Azərbaycan vətəndaş cəmiyyəti də öz tarixi ənənələri ilə birlikdə ildən ilə daha da güclənərək müəyyən bir səviyyəyə çatmışdır”. 

Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nda çıxış edərkən deyib. 

“Heç şübhəsiz ki, Azərbaycanın çətin və keşməkeşli günlərinin xilaskarı Heydər Əliyev müstəqil Azərbaycanın vətəndaş cəmiyyətinin də qurucusudur. Heydər Əliyev hakimiyyətə gəlişinin ilk illərindən demokratik prinsiplərin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin formalaşması üçün hüquqi bazanın yaradılmasına böyük diqqət yetirdi. Onun təşəbbüsü ilə qəbul edilən 1995-ci il Konstitusiyası, vətəndaşların hüquq və azadlıqlarının təminatına yönəlik bir çox qanunvericilik aktlarının qəbulunu təşviq etdi. Bu hüquqi çərçivə, vətəndaş cəmiyyəti təşkilatlarının sərbəst fəaliyyət göstərməsi və onların hüquqlarının qorunması üçün əsas təminat oldu.

Bu gün bizlər qalib Azərbaycanın və Azərbaycan cəmiyyətinin QHT nümayəndələriyik. Bəli, o QHT-lər ki, 30 illik işğal dövründə dayanmadan Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün müxtəlif platformalarda, auditoriyalarda söz sahibi oldular. Bütün haqqsızlıqlara, ədalətsizliklərə baxmayaraq öz yollarından dönmədilər. İkinci Qarabağ müharibəsi zamanı yaranan birliyin əsas parçalarından oldular. Müharibədən sonraki dövrdə də bütün sahələrdə - təhsil, iqtisadiyyat, sosial, tibb, sülh quruculuğu, ətraf mühit və s. istiqamətlərdə fəaliyyətlər daha da gücləndi. 2022-ci ilin dekabrında başlayan eko-aksiya, mina xəritələrinin təqdim olunması üçün yaradılan petisiya, Azərbaycana tətbiq olunan qərəzli sanksiyalara qarşı birgə bəyanatlar, Metsamor atom elektrik stansiyasının fəaliyyətinə yönəlik etiraz çıxışları və s. çoxsaylı fəaliyyətləri nümunə çəkə bilərik. Bu il də QHT-lərin COP29 kimi vacib bir tədbirə ev sahibliyi edən Azərbaycana dəstək olmaq və faydalı təmsilçilik missiyaları vardır”. 

U.Mirzəyev qeyd etdi ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin İqtisadi və Sosial şurasının Əsas məşvərətçi statuslu üzvü olaraq hər zaman yerli və beynəlxalq QHT-ləri əməkdaşlığa və düzgün təmsilçiliyə təşviq edir: 

“Bu gün ölkəmizdə 14 QHT-nin ECOSOC-da məşvərətçi statusu vardır və onların bu statusu qazanmalarında azacıq da olsa bizim də rolumuz olub. Biz bu cür QHT-lərimizin sayını artırmaq üçün yaxşı və sistemli təşkilatlanmalı və daha çox çalışmalıyıq. Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları ölkədaxili uğurlu fəaliyyətlərini və öz güclərini beynəlxalq səviyyələrə daşımalı və bunun üçün birlik nümayiş etdirməlidirlər. Bu həm yerli, həm də xarici əlaqələrin qurulmasına aiddir. Nəticədə, QHT-lər arası çoxşaxəli əməkdaşlığın inkişafından həm cəmiyyət, həm dövlət, həm də vətəndaş qazanacaq. O zaman daha mütəşəkkil vətəndaş və cəmiyyət məfhumunun və vətəndaş cəmiyyətinin ən güclü tərəfinin birlikdə şahidi olacağıq”. 

Oğuz 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı