Bakı Metropolitenində təhlükəsizlik üçün hansı addımlar atılır? – Rəsmi AÇIQLAMA

Cəmiyyət 14:30 04.06.2024

Keçən həftənin bazar günü Bakı Metropolitenində qəza hadisəsi baş verib. 28 May metro stansiyasında qatar stansiyaya daxil olarkən 68 yaşlı Şərafəddin Abdullayev platformadan yola yıxılıb. 

Bəs görəsən, metro stansiyalarında yaranan sıxlığı bu hadisə ilə əlaqələndirmək olar?

“Bakı Metropoliteninin 28 May stansiyasında ötən bazar günü baş vermiş hadisə ilə bağlı onu deyə bilərəm ki, məsələnin səbəbləri ilə bağlı artıq aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır. Bu hadisənin səbələrinin müəyyən edilməsi Bakı Metropoliteninin funksional olaraq səlahiyyətindən kənar məsələdir."

Ednews xəbər verir ki, bu fikirləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, həmin gün stansiyada sıxlıq müşahidə olunmurdu: 

"Digər məsələlərə gəldikdə isə onu deyə bilərəm ki, Bakı Metropolitenlərində bazar günləri bir qayda olaraq sərnişin sıxlığı müşahidə olunmur. Buna görə də, hadisə baş verən zaman həmin stansiyada hər hansı bir sıxlıq yox idi.”

Metrolarda insan sıxlığından əmələ gələn qəzaların qarşısını necə almaq olar?

“Bakı Metropolitenində sıxlıqların tənzimlənməsi ilə bağlı isə onu deyə bilərəm ki, iş günlərində səhər və axşam saatlarında əlavə işçi qüvvəsinin ayrılması ilə bağlı tədbirlər görülür. Həmin işçilərə müntəzəm olaraq müxtəlf təlim və təlimatlar keçirilir. Bundan əlavə olaraq, təbii ki, hər bir stansiyada sıxlığın ifrat həddə çatmaması əsas vəzifələrdən biridir. İlk növbədə platforma səviyyəsində müvafiq tənzimləmələr təmin olunur. Zərurət yanacağı təqdirdə isə, eskalator meydançası, stansiyaların yuxarı vestibülləri və hətta zərurət olarsa stansiya girişlərində belə müvafiq tənzimləmələr həyata keçirilir. 

Metropolitendə sıxlıqları aradan qaldırmaq üçün gündəlik monitorinq davamlı bir prosesdir. Qeyd etdiyim nəzarət mexanizlərinin çərçivəsinə metropolitenin kifayət qədər çoxsaylı strukturlarının da iş prinsipləri daxildir. 
Bunu da bildirim ki, nəzarət mexanizləri sadəcə qatarların hərəkətində deyil, həm də mühəndis texniki qurğular, o cümlədən eskalatorların fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Bütün bunlara uyğun olaraq müvafiq qərarlar operativ şəkildə qəbul olunur. Çünki, metropolitenin əsas vəzifəsi sərnişinlərin təhlükəsiz daşınmasını təmin etməkdir.”

Fərid

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı