Jurnalist binalarında böhran: Kommunal xərclər ödənilmir, borclar çoxalıb

Cəmiyyət 13:40 22.05.2024

Bakının Bayıl qəsəbəsində jurnalistlər üçün inşa olunmuş binaların idarəetməsi ilə bağlı problem yaranıb. 

Ednews  lent.az-a istinadən xəbər verir ki, hazırda binanın idarəetməsi ilə məşğul olan “Jurnalist Evi” MMC  iyunun 1-dən etibarən fəaliyyətinə son verməyi planlaşdırır. Buna səbəb isə bina sakinlərinin əksəriyyətinin“Jurnalist Evi” MMC ilə xidmət müqaviləsi bağlamaqdan imtina etməsidir. 

Yaranmış problemi araşdıran zaman məlum olur ki, buna səbəb sakinlərin böyük əksəriyyətinin kommunal xərcləri ödəməməsidir. Bina sakini olan jurnalistlərin bir qismi hesab edir ki, evi onlara dövlət verib, buna görə də xidmət haqqı ödəməməlidirlər. 

Onların bəziləri ilə söhbət zamanı “Dövlət bu evi bizə hədiyyə verib, biz xidmət haqqı niyə ödəməliyik?” sualını da ünvanlayıblar. 

Məsələ ondadır ki, artıq tamamilə özəlləşdirilmiş, xidməti istifadə üçün nəzərdə tutulmamış bu evlərin xeyli hissəsi ya satılıb, ya da yüksək məbləğlərə kirayə verilib. 

Jurnalistlərin yaşadıqları binalarda yaranmış problemlər barədə danışan, adının çəkilməsini istəməyən sakin deyib ki, yığılıb qalmış xidmət haqqı borcları artmaqda davam edir.

“Amma sakinlər ⁠yüksək xidmət, kartla işləyən lift, “üztanıma qurğusu”, modern şlaqbaum kimitələblər irəli sürürlər. Halbuki aylıq kommunal xidmət haqqını ödəmirlər. Üstəlik, ərazini də çox natəmiz saxlayırlar, hər şeyi dağıdıb tökürlər. Məsələn, binanın həyətində uşaq idman meydançası qurulmuşdu, amma çox az bir vaxtda yararsız hala salındı. Çöx təəssüf ki, bəzən jurnalistlər öz aralarında kütləvi şəkildə ödənişdən yayınmağa çağırış edirlər. Amma nəticədə burda yaşayan, xidmət haqqını ödəyib-ödəməyən  hamının özü və ailəsi problemlərlə qarşılaşır. Liftlər, bloklar, həyət baxımsız hala düşür. Binanın “komendatı” da (“Jurnalist Evi” MMC-nin səlahiyyətli nümayəndəsi-red.) bildirir ki, sakinlər xidmət haqqını vermirlər, əgər binanın problemlərini həll etmək üçün aylıq xidmət haqqı yığılmırsa, problemlər necə həll oluna bilər? Belə olanda komendanta da bir söz demək olmur. Bütün bunları deyən, müzakirəyə çıxaran bir neçə nəfəri də “jurnalist həmrəyliyinə ziyan vuran” adlandırırlar. Halbuki, biz burda qonşuyuq, özümüzün və ailəmizin şəxsi rahatlığı üçün yaşadığımız yeri təmiz saxlamalı, burda xidmət edən işçilərin maaşını ödəməliyik, kommunal xərclər yığılıb qalmamalıdır” - deyə, o bildirib.

Araşdırma zamanı o da məlum olub ki, yığımlar çox az olduğu üçün “Jurnalist Evi” MMC lift və su xidmətinə, tullantıların daşınması xidmətinə borclanıb, hətta işçilərin minimum əmək haqqı həcmində olan maaşlarının ödənilməsi də mümkünsüzləşib. 

“Azərsu” ASC-dən Lent.az-ın borcla bağlı sorğusuna cavab olaraq bildirilib ki, abonentə borcunun olmasına dair sonuncu ayın bildirişi göndərilir və növbəti ay borc ödənilməzsə suyun verilişi dayandırılır: “Suyun kəsilməsinə əsas verəcək elə bir borc miqdarı yoxdur. Həmin şəxsə borcu olduğu barədə bildiriş verilir. Bildirişdən sonra növbəti aya qədər abonent borcunu ödəməyibsə və ikinci ayın bildirişini alırsa, suyun verilişi dayandırılır. Bu borc 1 manat da ola bilər, 100 manat da. Abonentin öhdəliyidir ki, ona verilmiş bildirişdən sonra 1 ay müddətində borcunu ödəsin”. 

“Azərişıq” ASC-dən isə bildirilib ki, abonentə bildirişi aldıqdan sonra 1 ay müddətində möhlət verilir. Həmin müddət ərzində əgər borc ödənilməyibsə, abonentə elektrik enerjisinin verilişi dayandırılır. 

Hər iki qurumdan “Jurnalist Evi” MMC-nin borcu ilə bağlı detallı məlumat verilməyib.  

Qeyd edək ki, bir neçə ay əvvəl yığıma və digər təşkilati məsələlərə nəzarət üçün sakinlərin özlərinin xahişi ilə sakinlərdən ibarət Müşahidə Şurası yaradılıb. Lakin bu da problemləri həll etməyib. 

Hətta jurnalist binalarının sakinləri xidmət haqqının məbləğinin 35 qəpiyə endirilməsini xahiş ediblər, bu məbləği tam və vaxtında ödəyəcəklərinə söz veriblər. Bundan sonra xidmət haqqı 35 qəpiyə endirilsə də, sakinlər bu məbləği də ödəməkdən imtina edib, borc daha da çoxalıb.

MEDİA Agentliyindən bildirilib ki, Agentliyin Nizamnaməsində jurnalist binalarının sakinlərinə xidmət göstərmək kimi bir vəzifə nəzərdə tutulmayıb:

“Bu günə qədər bu xidmətin göstərilməyə davam etməsinin səbəbi indiyə qədərki təcrübəni tətbiq etmək, sakinləri çıxılmaz vəziyyətdə qoymamaq olub. Lakin hazırda belə bir fəaliyyətin davam etməsi üçün hüquqi əsas yoxdur. Çünki sakinlər “Jurnalist Evi” MMC ilə xidmət müqaviləsi bağlamaqdan imtina edir, bu səbəbdən hazırda MMC və sakinlər arasında münasibətlərin hüquqi əsası yoxdur, yəni “Jurnalist Evi” MMC-nin sakinlər qarşısında hər hansı vəzifə və öhdəliyi mövcud deyil. Ümumi mənada isə müqavilə olmadan MMC-nin xidmət göstərməyə davam etməsi mümkünsüzdür”.

Media Agentliyi tərəfindən sakinlərə “Jurnalist Evi” MMC-nin ləğv edilməsi, özlərinin təşəbbüsü ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC-nin) yaradılması təklif edilib, prosedur izah olunub, lakin onlar bu təklif barədə də razılığa gələ bilməyiblər. 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı