Jurnalistika sahəsində HƏYƏCAN SİQNALI – Media nümayəndələri DANIŞIR – SORĞU

Cəmiyyət 15:00 20.05.2024

Azərbaycanda jurnalistika sahəsində imza ola biləcək müəlliflərin sayı barmaq sayı qədərdir.  Sosial şəbəkələrdə telefonla çəkilişlər edib, özünü  jurnalist sayanlar da az deyil. Peşəkarlıq isə arxa planda qalıb. Ən dəhşətlisi isə odur ki, onlar ictimai rəyə təsir göstərə bilirlər. Yeni nəsil gənclərin də jurnalistikaya marağı çox aşağı səviyyədədir. Demək olarmı ki, yaxın gələcəkdə peşəkar jurnalist tapmaq çətinləşəcək? Ümumiyyətlə, bu sahədə ciddi boşluqlar yarana bilərmi?

Ednews bu barədə tanınmış jurnalistlər arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif ƏLİ:

60fb4bc1-4e86-4ea6-b260-603c33908612.jpg

“Maraqlı və aktual məsələyə toxunmusunuz. Dünyanın ən gözəl peşələrindən biri olan milli jurnalistikamızda həqiqiətən problemlər mövcuddur. Həm müəllif sarıdan, həm mövzu seçimində, həm materialların keyfiyyəti baxımından və s. Ən böyük problem əlbəttə, peşəkarlıqla bağlıdır. Açıq desək, bir ara ruhu və zəkası bazar mentallığına köklənmiş adamlar mətbuatın, medianın idarəçiliyini əlinə alıb, gözəl juranlistika sahəsini həmin istiqamətə döndərə bildilər. Peşəkarlar dışlandı, merkantil maraqlara uyğun “ləbbeyk deyən” həvəskarlar, qeyri-peşəkarlar ön mövqelərə çıxardıldı. Nəticədə bu gün Sizi narahat edən neqativ səbəblər doğuldu və proses ətalət üzrə davam etdi, artdı, çoxaldı. “Jurnalist”, “müxbir”, “mətbuat” məfhumlarını az qala deqradasiyaya uğratdı... Diletantlıq həm çap mediasını, həm elektron medianı, həm sosial şəbəkələri bürüdü. Və dünyanın ən gözəl peşələrindən biri olan jurnalistika ənənəvi cazibədarlığını itirməyə başladı. Sönük yazılar, verilişlər, aparıcılar, sönük mövzular, materiallar, feyk xəbərlər oxucunu bezdirdi, tamaşaçını uzaqlaşdırdı. Buna dair xüsusi misallar çəkməyə də lüzum yoxdur, çünki onlar saysız-hesabsızdır və hamıya bəllidir... Ancaq bununla belə bu gün media aləmində az sayda olsa da, hələ də bacarıqlı, istedadlı, peşəsini sevən jurnalistlər qalır, fəaliyyət göstərir. Yəni situasiya tam ümidsiz deyil. Dəryada qabarmalar, çəkilmələr olduğu kimi, media dəryasında da yüksəliş olacağına inanaq. Çünki Azərbaycan xalqı istedadlı xalqdır və Azərbaycan mədəniyyəti, o cümlədən, mətbuatımız heç vaxt parlaq şəxslərsiz qalmayıb. Qalmaz da!”  

Telejurnalist və publisist, professor Qulu Məhərrəmli:

jj.jpg

“Bu gün obyektiv səbəblərdən müxtəlif sahələrdə insan fəaliyyətinin müxtəlif istiqamətlərində, o cümlədən yaradıcılıq sahəsində müəyyən tənəzzül prosesləri gedir, jurnalistka da istisna deyil. Əgər xatırlayırsınızsa, informasiyaların dəyişdiyi bir vaxtda sovet sisteminin dağıldığından sonra yeni tendensiyalardan mətbuat daha çox öndəydi. Yəni Azərbaycanın müstəqilliyi məsələləri daha çox mediada üzə çıxırdı. Azad mətbuat nümunələri yaranırdı. O dalğada müstəqil jurnalistlər, yaradıcı insanlar, qələm əhli, publisistlər, yaxşı qəzetlər, televiziya kanalları, verilişlər meydana çıxdı. O dalğa bu günə qədər xeyli yaradıcı insanı öndə saxlaya bildi. Amma indi proses gedir, media zəifliyir, internetin media profili müəyyən dərəcədə üstünlük qazanır. Bu prosessdə müəyyən itkilər olur. Ən ciddi itki peşəkarlığın aşağı düşməsidir. İnsanların mediaya bir peşə sahəsi kimi baxması problemə çevrilir. Yəni əli qələm tutan, Facebook da müəyyən bir şərh yazan şəxslər özlərini müəyyən bir qələm adamı hesab edirlər. Bunun üçün də müəyyən bir zəmin var. 

İndi yaradıcı yanaşma azalır. Jurnalistlərin bir çoxu daxilk azadlığını vəzifəyə maaşa və başqa şeylərə qurban verilir. Parlaq xarakterlər, dəyər daşıyıçıları azalır. Vaxtı ilə müəyyən şöhrəti olan, müəyyən mövqe tutan  adamlar o mövqeləri hər hansı səbəbdən əldən verirlər. Bütün bunlar hamısı müəyyən bədbin praqnozlara əsas verir. Bütün bunlarla yanaşı hesab edirəm ki, jurnalistkanın böhranına, xüsusən yaradıcılqda mənəviyyat sahəsində olan ciddi böhranlara baxmayaraq bu cür düşünmək olmaz ki, gələcəkdə parlaq jurnalistika və parlaq qələm əhli olmayacaq. Belə şeylər həmişə olub və olacaq. Sadəcə olaraq bunu zaman, şərait və gedən proseslər göstərəcək. Mən bədbin deyiləm, çox ruhdan düşmürəm. Amma hesab edirəm ki, gələcəkdə də bizim jurnalistikamız üçün parlaq simalar olacaq və onlar jurnalistikanı lokomotiv kimi irəli apara biləcəklər”.

Qaziler.az saytının rəhbəri Rey Kərimoğlu: 

ccc.jpg

“Son illərdə texnologiyanın və sosial medianın inkişafı ilə jurnalistika olduqca fərqli forma alıb. Ənənəvi jurnalistika sıradan çıxır və yeni ənənələr meydana gəlir. Əslində bu çox ciddi bir problemdir. Xüsusilə sosial şəbəkələr: “Facebook”, “TikTok” və s. aktivləşəndən sonra bu məsələ ön plana çıxıb. Jurnalistika bir peşədir və qanunla təmin olunmalıdır, jurnalistika etik davranış kodeksi olan peşədir. Amma, sosial şəbəkədəki bu davranışlar tamamilə başqa bir məsələdir. Məsələn, baxırıq “TikTok”da səviyyəsiz-səviyyəsiz adamlar, savadsız, təhsilsiz, dünya görüşü olmayan cavan, qoca insanlar fenomenə çevriliblər. 

Cəmiyyətə, xüsusilə yeni nəsilə gününü sosial şəbəkədə keçirən insanlar təsir edir. Mən bilmirəm buna jurnalistika demək olar, ya olmaz. Bəlkə də, gələcəkdə yeni formalaşan jurnalistika bizim ənənəvi jurnalistikaya baxıb güləcək. Fakt odur ki, jurnalistika özünün yeni formasına qədəm qoyur. Mən buna dırnaqarası jurnalistika deyərdim. Məsuliyyət yox, faktları dəqiqləşdirmək yox, təhsilsiz, savadsız və səviyyəsiz adamlar da gəlib insanlara dərs keçib onları yönəldə bilir. Məsələ burasındadır ki, onlar dövlətin təhlükəsizliyinə də təhlükə yarada bilərlər. ABŞ Tiktoku ölkəsində qadağan edib. Bu həm də savaşdır və jurnalistika bu savaşda uduzur. Təəssüf ki, bunun qarşısını ala bilmirik. Misal üçün bizim vaxtımızda təqsdiq olunmayan faktı biz xəbər etmirdik. Kimsə həlak olanda əvvəlcə o adamın yaxınlarına zəng edib hal-əhval soruşardıq və bu bir əxlaq məsələsidir. İndi kiminsə xəbəri yayılanda ki, kimsə ölüb, baxırsan ki, yalan xəbərdir. Beləliklə, insanların yaşadığı əsəbi, stresi nəzərə almırlar. Əvvəllər belə deyildi. İndi yazılan xəbər mətnləri, reportaj, müsahibə formatı pis mənada dəyişib. Oxuyub deyə bilmirsən ki, bu müsahibədi ya reporatj. Qaydasında olan, normal xəbərə az rast gəlirəm.”

LAF İnternet Televiziyasının həmtəsisçisi Ləman Ələşrəfqızı:

359837.jpg

“Məncə, bu sualın cavabını Sabir zamanında verib və hələ də aktualdır. Çalxalandıqca, bulandıqca zaman nehrə kimi. Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur. Yəni, bu tozanaqda yaxşılar zatən fərqlənir. Gələcəkdə də olacaq. Doğrudur, bu gün bir az hamı işin ən asanına qaçır. Araşdırma yoxdur demək olar, heç kim özünü əziyyətə vermək istəmir. Amma yenə də 3-5 fədakar jurnalist tapılacaq. Ümumilikdə isə vəziyyətin ciddiliyini etiraf etməliyik”.

Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət:

zahir.jpg

“Əslində o qədər pessimist deyiləm. Bütün peşələr haqqında oxşar fikirlər səsləndirmək olar. Yaxşı mühəndislər də, futbolçular da, rəssamlar da barmaqla sayılacaq qədərdir. Həmişə də belə olub.

Jurnalistikaya gəldikdə isə, yeniliklərdən qorxmaq lazım deyil. İnternetin yaranması ilə onlayn media önə çıxdı, nəticədə jurnalistikada yeni istiqamətlər yarandı. Sosial medilar öz bərabərində həm də sosial media jurnalistikasını gətirdi.  Artıq hər istifadəçi həm də xəbər, informasiya ötürücüsüdür. Yaxın gələcəkdə isə süni intellekt medianın  formatını tamamilə dəyişəcək. Amma peşəkar media, xəbər jurnalistikası heç vaxt ölməyəcək. Ola bilsin medianın formatı dəyişəcək, amma mövcud olacaq”.

Jurnalist Ramilə Qurbanlı:

103430.jpg

“Ciddi boşluq artıq görünür. Peşəkar jurnalist daha heç lazım da deyil. Peşəkarlar küncə sıxışdırılıb. Qeyri-peşəkarların dövranıdır, çünki onlara diktə etmək asandır. Sosial şəbəkələrdə yüzlərlə "peşəkar jurnalist" var ki, izləyici heç jurnalistlərlə onların fərqinin fərqinə varmır. İndi hərə öz səhifəsini sayt kimi işlədir, yazır, çəkir, müsahibə alır, reportaj verir. Gedişat hara aparacaq, indi onu demək asan deyil, çünki inkişaf yüksək templə gedir. İnkişafın da fəsadları ola bildiyini hələ yeni öyrənmişik”.

Sorğunu keçirdi: Oğuz Ayvaz 

 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı