HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR

Cəmiyyət 15:33 17.05.2024

Leyla Calalova, Tarix üzrə fələsə doktoru,

ADPU-nin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri

Qədim türk-oğuz yurdu olan Qərbi Azərbaycan torpaqlarına müxtəlif dövrlərdə məqsədyönlü şəkildə xaricdən erməni miqrantlarının gətirilərək əraziyə yerləşdirilməsi nəticəsində süni erməni dövləti yaradıldi. Türk dünyasının parçalanmasına xidmət edən bu layihə, Azərbaycan türklərinin bir neçə dəfə etink təmizlənməyə məruz qalmasına səbəb oldu. SSRİ–nın ən ali kürsüsünə qalxmağa nail olmuş yeganə müsəlman-türk övladı olan böyük dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevin bu məqamda olması Sovetlər dönəmində ermənilərin torpaq iddialarının qarşısının alınmasına ən böyük maneə idi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verdi.       

 Ulu öndər Heydər Əliyevin siyasi bürodan istefasından 2 həftə sonra Fransa qəzetlərinə müsahibə verən Abel Aqanbekyan  ermənilərin torpaq iddiasını irəli sürdü. Bununla da Qarabağ münaqişəsinin alovlanmasına start verildi. Bu  isə Azərbaycan torpaqlarında süni şəkildə  ikinci erməni dövlətinin yaradılmasına cəhd idi. Bu cəhdin qarşısının alınmasında ən böyük fədakarlığı məhz Heydər Əliyev və onun uğurlu siyasi varisi cənab İlham Əliyev həyata keçirdi.

Hər iki liderin hadisələrə yanaşma tərzində tarixi kontekstin mühüm amil kimi keçdiyinin şahidi oluruq. Bu faktor özünü iki istiqamətdə göstərir,  həm siyasi metodoloji, həm də idarəetmə  məsələlərində.  Əslində bu vacib siyasi amil həm də hər iki siyasi liderin peşəcə tarixçi olması ilə də bağlı idi.

Qərbi Azərbaycan siyasi düşüncəsinin förmalaşmasında birinci amilə diqqət edək. Ölkəmiz üçün ən ağır siyasi şəraitdə ikinci dəfə hakmiyyətə gələn Heydər Əliyev, Ermənistan–Azərbaycan müharibəsinin dinc yolla həll edilməsi ilə bağlı intensiv diplomatik fəaliyyət göstərdiyi vaxtda belə, tarixi amilləri önə çəkirdi.

Heydər Əliyev Qərbi Azərbaycan siyasi düşüncəsini daimi diqqət mərkəzində saxlamaqla onu konseptual tezislər şəkilində öz  çıxışlarında irəli sürürdü. Doxsanıncı illərin sonunda artıq bu fəaliyyət intensiv şəkil almışdır. 1995-ci il Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ilə bağlı iclaslarda   Qərbi Azərbaycan məsələsinə toxunan Heydər Əliyev həmin ərazilərin tarixi Azərbaycan torpaqları olmasını vurğulamqla gənc nəslin tarixi yaddaşını oyadırdı.  

Digər bir nümunə Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə 1998-ci il dekabrın 9-dan 11-dək Bakıda “İslam sivilizasiyası Qafqazda” Beynəl-xalq Simpoziumundakı çıxışı idi.  Heydər Əliyev beynəlxalq auditoriyaya müraciət edərək  Qərbi Azərbaycanla bağlı tarixi gerçəkliklərə toxunur. O, deyir: “İndi Ermənistan ad­lanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur ma­halı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilər­dən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yox­dur. Bu da Ermənistan millətçi­liyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda İslam sivilizasiya­sı haqqında danışırıqsa, həqiqəti demək lazımdır”.    

 Şübhəsiz ki, Heydər Əliyevin Qərbi Azərbaycan siyasi platformasının inkişafı ilə bağlı danışarkən, Azərbaycan qanunvericilik sisteminin tərkib hissəsinə çevrilmiş tarixi sərəncam və fərmanları barədə söz açmamaq mükün deyil. Sovet imperiyası tərəfindən müsəlman-türk xalqlarına qarşı yönəldilmiş deportasiya və soyqırım siyasətinin tərkib hissəsi olan Qərbi Azərbaycan türklərinin   1948-1953-cü illər  tarixli deportasiyasına verilən hüquqi qiymət buna misaldır. Heydər Əliyev  18 dekabr 1997-ci il tarixində də  1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından  kütləvi surətdə deportasiyası haqqında Fərmanı ilə Qərbi Azərbaycana qayıdışın hüquqi təminatlarının yaradılması ilə bağlı ilk və mühüm addımı atdı.  Heydər Əliyev bu fərmanla məsələyə siyasi-hüquqi qiymət verməklə eyni zamanda,bu etnik təmizləmənin öyrənilməsi məsələsini  dövlət və tarixşünaslıq qarşısında ümdə vəzifə kimi qoydu.

Fərmanda deyilir: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində  xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət  nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən  min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından  didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran  edilmişdir.

 SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları, Azərbaycan xalqına qarşı  növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR  ərazisindəki dədə-baba yurdlarından kütləvi sürətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların  icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır  köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist  dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi,  soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.

Yuxarıda qeyd etdiyimiz kimi, Heydər Əliyev sözügedən Fərmanda məsləyə siyasi-hüquqi qiymət versə də eyni zamanda məsələnin tarixi kontekstdə  daha ciddi şəkildə öyrənilməsini vurğulayır.  

 Heydər Əliyev Fərmanda deyir: “Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca  araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir”.

Fərmanda yaradılmış dövlət komissiyası qarşısında Azərbaycan türklərinin dədə-baba yurdları olan Qərbi Azərbaycandan deportasiyasının öyrənilməsini mühüm vəzifə kimi qoyur.

Bu tarixi Fərmandan qısa müddət sonra  26 mart 1998-ci il tarixdə Heydər Əliyev  Azərbaycanlıların soyqırımı haqqında Fərman imzalayır. Heydər Əliyev bu fərmanla  Çar Rusiyasının Azərbaycan türklərinə qarşı müstəmləkəçilik siyasətini ifşa etməklə bərabər eyni zamanda, 1813-1828-ci illərdə bağlanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Qərbi Azərbaycan ərazisinə ermənilərin süni şəkildə yerləşdirlməsinin mahiyyətini açır.

Fərmanda deyilir: “İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil  etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında «Erməni vilayəti» adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular.  Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. «Böyük  Ermənistan» ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına «bəraət qazandırmaq  məqsədi ilə» erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən  Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi”.

Fərmanda 1905-1907-ci və  1918-1920-ci illərdə ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi soyqırım cinayətləri tarixi kontekstdə dəyərləndirilməklə bərabər Xocalı soyqırımını həyata keçirilməsinə toxunmaqla “Böyük Ermənistan” xəstəliyi ilə yaşayan erməni xalqının soyqırım cinayətlərinin sistematikliyini və anatomiyasını açır.

   Heydər Əliyev öz çıxışlarında Zəngəzur mahalının Ermənistana verilməsinə də münasibət bildirərək deyir:  “Zəngəzur mahalının, o cümlədən onun bir hissəsi olan Meğri, Qafan rayon­larının – Azərbaycan torpaqlarının 1920-ci ildə Ermənistana verilmə­si bizim tariximizdə Azərbaycan torpaqlarının əldən getməsinin çox ağır bir hadisəsidir”.

     Heydər Əliyevin Nüvədi kəndi ilə bağlı çıxışıda maraq doğurur. O bildirir: “Bəli, bu həqiqətdir ki, 1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan Muxtar Res­publikasının burada adı çəkilən kəndləri, 657 kvadratkilometr tor­pağı Ermənistana verilmişdir. Bu həqiqətdir. Ancaq, tək bu deyil. Bəhs etdiyimiz ərazi Naxçıvan Muxtar Respublikasından verilmiş ərazidir. Amma bu tərəfdən – in­diki Zəngilan, Qubadlı rayonları tərəfindən də torpaqlar verilibdir. Məsələn, məlumdur ki, Meğri ra­yonunda böyük bir Nüvədi kəndi var. O, çoxminlik əhalisi olan bir kənddir, sırf azərbaycanlı kən­didir. Nüvədi Arazın sahilində Naxçıvanla Azərbaycanın böyük torpağını ayıran, indi Ermənista­nın olan Meğri rayonunda, həmin məsafənin düz ortasında yerləşir. Həmin Nüvədi kəndi də 1929-cu ildə Azərbaycanın tərkibindən Er­mənistana verilibdir”.

Heydər Əliyev tərəfindən əsası qoyulmuş Qərbi Azərbaycana qayıdış siyasi platformasının uğurlu siyasi varisi İlham Əliyev tərəfindən sistematik olaraq inkişaf etdirilməklə ən yüksək səviyyəyə qaldırılmışdır. Prezident İlham Əliyev gənc nəslin düzgün tarixi şüura malik olması və əzəli torpalqarının təəssübünü çəkməsi və o torpaqlara qaydışın təmin olunması ilə bağlı  üç istiqamətdə iş aparmışdır.

1) Gənc nəslin Qərbi Azərbaycanla bağlı  doğru tarixi şüura malik olması.

2)  Qərbi Azərbaycana qayıdışın hüquqi təminatlarının möhkəmləndirilməsi.

3) Qərbi Azərbaycana qayıdışın təmin olunması.

İlham Əliyevin çıxışlarında irəli sürdüyü tezislər zaman-zaman erməni siyasi dairələri tərəfindən siyasi möhtəkirlik mövzusuna çevrilmiş eyni zamanda təlaş və qorxu ilə qarşılanmışdır.

Gənc nəslin tarixi həqiqətləri düzgün dərk etməsi üçün İlham Əliyev öz çıxışlarında daimi Ermənistanın tarixi Azərbaycan  torpaqları hesabına yaradılmasını dəfələrlə vurğulamışdır.

İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamı da tarixi varislik baxımdan mühüm əhəmiyyət daşıyır. Sərəncamda deyilir: “Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər”.

Eyni zamanda, Sərəncamda  Azərbaycan Xalq Cümhuriyyəti höküməti, ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün yaratdığı Fövqəladə İstintaq Komissiyasının işidə müsbət qiymətləndirilir. Sərəncamda Heydər Əliyevin azərbaycanlılara qarşı soyqırım cinayətlərinin törədilməsi ilə bağlı verdiyi 26 mart 1998-ci il tarixli Fərmanın siyasi-hüquqi əhəmiyyəti diqqətə çatdırılmışdır.   31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsini isə xüsusi olaraq qeyd edilmişdir. 

 Şübhəsiz ki, düzgün müəyyən edilmiş siyasi startegiya öz müsbət nəticəsini verməyə bilməz. Cənab İlham Əliyevin öz doğum günüdə Qərbi Azərbaycan icmasının üzvüləri ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər bizim Qərbi Azərbaycana qayıdışımızın təmin olunmasında ən böyük stimul və inamı yaratmışdır. Biz Qərbi Azərbaycana qayıdacağımıza inanırıq!

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı