Naxçıvanda ASAN Vəkil Bürosu açılıb

Cəmiyyət 22:12 07.05.2024

Mayın 7-də Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan ASAN Vəkil Bürosunun açılış mərasimində iştirak edib.

Ednews xəbər verir ki, mərasimdən əvvəl nümayəndə heyəti "ASAN xidmət" mərkəzində vəkil kabineti ilə tanış olub. Kollegiya sədri Anar Bağırov "ASAN xidmət" mərkəzi ilə səmərəli əməkdaşlıq edildiyini söyləyib, ASAN Vəkil Bürosunun əməkdaşlarına tövsiyələrini verib. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov qonaqlara büro haqqında ətraflı məlumat verib. Nəzərə çatdırılıb ki, kollegiyanın inzibati binasında yerləşən büro 5 otaqdan ibarətdir. Büroda əlverişli iş şəraiti üçün lazımi inventarlar quraşdırılıb. Vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb. Eyni zamanda, ASAN Vəkil Bürosu Naxçıvan "ASAN xidmət" mərkəzində də fəaliyyət göstərir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin iştirakı ilə görüş keçirilib. Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illər kollegiyada görülən işlərdən, Azərbaycanda vəkilliyin inkişafından danışıb, vəkillərin sayının getdikcə artdığını söyləyib. Ölkəmizdə vəkil bürolarının sayının 137-yə çatdığını bildirən sədr bütün vəkil qurumlarının beynəlxalq standartlara cavab verdiyini və vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şəraitin yaradıldığını vurğulayıb.

Son dövrlər Naxçıvanda vəkillik sahəsində görülən işlərə, islahatlara da toxunan sədr Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti, uğurları, problemlərin həlli məsələsindən söz açıb, o cümlədən gələcəkdə yeniliklərin olacağını, habelə vəkillərin sayının 100 faizə çatdığını bildirilib.

Sonda vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemlər və təkliflər dinlənilib, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülən tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb. Həmçinin peşə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb, o cümlədən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının yeni vəkil bürolarının açılması təklifi irəli sürülüb.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Heydər Əliyev adına Hərbi İnstitutda elmi-praktik konfrans keçirilib
12:52 03.05.2025
Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
Hamısı