Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib.
Ednews xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Heydər Əsədov 2019-cu ilin aprelin 3-də Dövlət Dəniz Akademiyasına rektor təyin olunub. Qanunvericiliyə əsasən, universitet rektorları 5 il müddətinə təyin olunur.
Onu da əlavə edək ki, H.Əsədov 2013-2018-ci illərdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini icra edib.