Cavanşir Quliyev: “Ölüm xəbərimə çox əyləndim”

Cəmiyyət 15:54 13.03.2024

“Hazırda həkimlərin göstərişi və məsləhəti ilə evdə müalicə olunuram. Həkimdən soruşdum ki, əməliyyatdan sonra necə yaşamalıyam? Dedi ki, yavaş yaşa! Həyatda yavaş yaşayan insanlar da var, yavaş yaşamayanlar da. Mənim yadıma düşəndə yavaş yaşayıram. Həkimin tövsiyəsi tez-tez yadımdan çıxır. Hələ ki, sənətlə, musiqi ilə məşğul ola bilmərəm”.

Ednews xəbər verir ki,  bunu Moderator.az-a açıqlamasında bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.

“Çox ağır üç əməliyyat keçirdim. Beynimə 4 yerdən qan sızmışdı. Şükür yaxşıyam, əl-ayağım işləyir. O da vaxtında müdaxilənin nəticəsidir. Bir çox xəstələrə vaxtında müdaxilə edilmədikdə ya şikəst qalırlar, ya da ölürlər. Mənə də müdaxilə vaxtında oldu. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür borcum var. Bu dəstək vaxtında gəldi. Ölüm xəbərlərimə çox güldüm, əyləndim. Yazıçı Mark Tven yadıma düşdü. Onun bir gün ölüm xəbəri yayılır. Bu xəbəri yayan redaksiyaya zəng edərək bildirir ki, ölüm xəbərimi bir az şişirtmisiniz (gülür). Mənim də ölüm xəbərimi bir az şişirtmişdilər. İnanmıram ki, bunu kimsə mənə qarşı pis niyyətlə etsin. Jurnalistlərlə heç vaxt problemim olmayıb. Bu sadəcə texniki yanlışlıq olub. Reytinq xatirinə hadisələri qabaqlamaq istəyiblər. O da bu dəfə tutmadı. Çox adam deyir ki, Allah səni istəyir. Mən burada tək yaşayıram. Ailəm Türkiyədədir. Yaxşı ki, bu hadisə baş verəndə ailəmin yanında idim. Bakıda tək olsaydım, mənə heç kim kömək edə bilməzdi. Səhər saat 6-da huşumu itirib, yerə yıxıldım. Məni təcili xəstəxanaya, oradan da əməliyyat masasına apardılar” , - deyə bəstəkar bildirib.

Cavanşir Quliyev musiqimizin bugünkü vəziyyətindən də danışıb.

“Cəmiyyətin vəziyyəti necədirsə, onun musiqisi də elədir. Çünki onlar bir-birinə sıx bağlıdır. Məsələn, toya gedən müğənnidən ev yiyəsi, toy əhli nə istəyirsə, o da onu oxuyur. Çünki pul verirlər. Və yaxud müğənni toy yiyəsinin bəyənmədiyi mahnını bir dəfə oxuyandan sonra daha oxumur. Bu minvalla cəmiyyətdə bu musiqi formalaşır. Sabah konsertə gedəndə də təxminən o cür musiqi istəyirlər. Televiziyada da elə musiqi görmək istəyirlər. Niyə? Televiziyalarda reytinqləri ölçürlər. O reytinqə görə televiziya kanalları bir nəticəyə gəlir. O mahnılar reytinq, reytinq isə pul gətirir. Ona görə də vəziyyətimiz belədir. Soruşsanız ki, yaxşıdır, yoxsa pis? Deyərəm ki, yaxşı deyil. Mən də bu gün bəzi məsələlərlə razı deyiləm. Deyəndə ki, razı deyiləm, deyirlər ki, razı deyilsənsə, düzəlt.

Vallah mən də, həmkarlarım da nəsə etməyə çalışırlar, amma bizim sayımız azdır, ona görə də səsimiz az eşidilir. Bəzən olur ki, parlaq bir artist çıxır səhnəyə, bir çox şeyi dəyişir. Aygün Kazımova elə etdi. Onu tənqid etsələr də, baxırdılar. Sabah başqa biri çıxa bilər ortaya, o da nələrisə dəyişə bilər”, - deyə bəstəkar bildirib.

Cavanşir Quliyev sosial verilişlərdən də danışıb.

“Televiziya kanalları bizim təkliflərimizə razılıq vermir. Çünki təklif etdiyim layihələrdə reytinq görmürlər. Zəmanə belə zəmanədir. Sovet vaxtında televiziya kanalı bir dənə idi. O vaxt reytinq söhbəti yox idi. Müxtəlif redaksiyalar var idi. Orada savadlı insanlar işləyirdi. O zaman hər verilişdə bilik, informasiya var idi. Tamaşaçılar müəyyən şeyləri öyrənirdilər. İndi azadlıqdır, kanallar da çoxdur. Musiqi ilə, sosial verilişlərlə bağlı sərbəstlikdir. Hər ölkədə sosial verilişlər var. Bu verilişlər bizə xaricdən gəlib. Onlara baxırsan ki, xeyli mədənidirlər. Amma çox maraqlıdır ki, biz hər bir gözəl şeyi eybəcərləşdirə bilirik. Bizim verilişlərə baxırsan, elə bilirsən ki, kənddəki bazarda qadınlar savaşır. Birini evləndirirlər, birini boşayırlar. Bu adam boşanıb, artist deyil, sənət adamı deyil ki, həyatını işıqlandırıb, şou yaradasan. Danışıq mədəniyyəti aşağı səviyyədədir. Görüntüsü bərbad! Efir gözəlliyi, estetikliyi sevir. O vaxt verilişə neftçi belə dəvət edəndə seçirdilər ki, yaraşıqlı, simpatik biri olsun. Mənə elə gəlir ki, sosial verilişlər bağlanmalıdır”, - deyə sənətkar bildirib.

Qeyd edək ki, fevralın 12-si Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu üzə çıxdı.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı