Ötən gün vəfat edən Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi keçirilir.
Ednews xəbər verir ki, mərhumun Bakıdakı evində baş tutan vida mərasimində onun ailə üzvləri və yaxınları iştirak edirlər.
Xatırladaq ki, Xalq yazıçısı vəsiyyətinə uyğun olaraq Şamaxı rayonunda anasının yanında dəfn olunacaq.
09:40
Xalq yazıçısı Mövlud Süleymanlının vida mərasiminin yeri açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə Oxu.Az-a ailəsindən məlumat verilib.
O qeyd edib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:
“Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vida mərasimi evdə olacaq”.
Xatırladaq ki, Xalq yazıçısı Mövlud Süleymanlı beyninə qansızma (insult) diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. O, ötən gün vəfat edib.