Bakının mərkəzində yaşıllıq ərazi HASARA ALINDI – Ağaclar KƏSİLƏ BİLƏR

Cəmiyyət 15:55 16.02.2024

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Lakin son zamanlar tikinti şirkətləri onlara maneçilik törədən ağacların kəsilməsində maraqlıdır. Beləliklə, həmin ərazinin yaşıllığı müəyyən dövlət qurumlarının himayədarlığı ilə itirilir. 

Ednews  “demokrat.az”a istinadən xəbər verir ki, qanunvericiliklə boş yeri alan tikinti şirkəti 40 % ərazini yaşıllaşdırmalıdır.

Əgər binanı söküb və əvəzində nəsə tikəcəksə, 25 % həddində yaşıllıq təmin edilməlidir. Çox təəssüf ki, tikinti şirkətləri aldıqları ərazidə ağacları bəzən gecə saatlarında, yaxud da ağacları qurudaraq məhvinə səbəb olurlar. 

Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin III-IV hissələrinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.

Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və agacların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsində meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurmaqla, habelə həmin əməllərin təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, külli miqdarda ziyan vurmaqla, əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilir.

Bütün bunlara baxmayaraq, Nəsimi rayonunda İcra Hakimiyyətinin əməkdaşlarının gözü qarşısında “ekoloji soyqırım” davam edir. Belə ki, Nəsib bəy Yusifbəyli küçəsi 40 ünvanda yerləşən “Kapital Citi” tikinti şirkəti ağaclara qənim kəsilib. 

Sakinlərin dediyinə görə, ərazidə tikinti məqdədilə bir müddət əvvəl beş ədəd iri gövdəli təqribən diametri 70-80 santimetr olan tut ağaclari kəsilərək kökündən çıxarılıb. Həmin vaxt sakinlər tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət olunsada, heç bir tədbir görülməyib. Yaşıllıqları məhv edən şirkət yerli İcra Hakimiyyətinin himayədarlığı ilə cinayət məsuliyyətindən yayınandan sonra daha da aktivləşərək, onlarla ağacı zədələyərək hasarın içərisinə salır. 

Sakinlər deyir ki, hasara alınan ağaclar da digərləri kimi yaxın günlərdə kəsiləcək. 

“Ərazinin hasarlanması nəticəsində ağaclar təhkükəli və baxımsız vəziyyətə düşür”, - deyə sakinlır bildirir.

Məsələ ilə bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ünvanlanan sorğu cavabsız qalıb. Buradan bir daha aydın olur ki, ağacların uzun müddətdir hasardan təmizlənməməsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin yaşıllıqlara deyil, tikinti şirkətlərinə xidmət edir. 

Sözügedən ünvanda hasarlama nəticəsində piyadaların gediş-gəlişinə də qanunsuz məhdudiyyət qoyulub. Hətta, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dövlət büdcəsi hesabına ərazidə qoyduğu məlumat lövhəsi belə şirkət tərəfindən “lazımsız” hesab edilərək qarşısı bağlanıb. 

Maraqlıdır ki, aftomobili qanunsuz yerdə park edərkən, 1 dəqiqə belə cərimə yazmağı gözdən qaçırmayan AYNA nə üçün bunu görə bilmir? 

Ərazidə yaşayan sakinlərin artıq Bakı şəhər İcra Hakimiyyətindən ümidləri kəsilib. Onlar ümid edirik ki, Azərbaycan dövlət rəhbərliyi sözügedən məsələni nəzarətə götürərək, tikinti şirkəti və onu himayə edən təşkilatlar barəsində araşdırma aparılacaq və qanuna müvafiq tədbir görüləcək.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı