Naxçıvan Baş Gömrük İdarəsi ötən il üçün proqnoz-tapşırığı 140 % yerinə yetirib

Cəmiyyət 00:05 03.02.2024

2023-cü ildə dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması istiqamətində Naxçıvan Baş Gömrük İdarəsi üzrə müəyyən olunmuş 64 milyon 494 min manat proqnoza qarşı hesabat dövründə 90 milyon 501 min manat vəsaitin toplanıb, illik proqnoz-tapşırıq 140,3 faiz yerinə yetirilib.

Ednews xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü il ərzində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrlə bağlı tədbirdə deyilib.

Bildirilib ki, Baş İdarənin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev çıxış edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 2023-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclasında müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə şəxsi heyətə məlumat verib. Qeyd olunub ki, ötən il ərzində Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər son dövrdə gömrük orqanlarında aparılan islahatlarla birbaşa bağlıdır.

Baş İdarə rəisinin müavini, gömrük xidməti kapitanı Rəşad Bayramov 2023-cü ildə görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Vurğulanıb ki, ötən il ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən qeydə alınan idxal əməliyyatlarının həcmi 130 milyon 906 min ABŞ dolları, ixrac əməliyyatlarının həcmi isə 14 milyon 601 min ABŞ dolları dəyərində olub. 2022-ci ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 1,04 dəfə, ixracın həcmi isə 1,5 dəfə artıb. Hesabat dövrü ərzində qanunvericiliyə əsasən 42 milyon 215 min ABŞ dolları dəyərində olan mallar, yəni ümumi idxalın 32 faizi idxal gömrük rüsumlarından, 17 milyon 15 min ABŞ dolları dəyərində olan mallar isə, yəni ümumi idxalın 13 faizi əlavə dəyər vergisindən azad edilib.

Həmçinin, Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən ötən il ərzində arxivlənən bəyannamələr və qeydə alınan nəqliyyat vasitələri üzrə 103 milyon 641 min manat məbləğində gömrük ödənişləri toplanıb. Toplanılmış gömrük ödənişləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 45 milyon 234 min manat və ya 44 faiz çoxdur. 2023-cü ildə dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması istiqamətində Baş İdarə üzrə müəyyən olunmuş 64 milyon 494 min manat proqnoza qarşı hesabat dövründə 90 milyon 501 min manat vəsaitin toplanıb, illik proqnoz-tapşırıq 140,3 faiz yerinə yetirilib.

Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Qanunu ilə müəyyən olunmuş yol vergisi üzrə 1 milyon 150 min manat proqnoza qarşılıq 11 milyon 985 min manat və ya 1042 faiz artıq, “İcazə” blankına görə dövlət rüsumu” üzrə 270 min manat proqnoza qarşı 1 milyon 156 min manat və ya 428 faiz artıq olmaqla ümumilikdə Baş İdarə tərəfindən 13 milyon 141 min manat məbləğində vəsait Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülüb, bu da muxtar respublikanın 2023-cü il büdcə gəlirlərinin 7,1%-ni təşkil edib.

Konsiqnasiya yolu ilə ixrac olunan mallardan yaranmış borcun geri qaytarılması istiqamətində görülmüş tədbirlər nəticəsində ümumilikdə 8 milyon 976 min ABŞ dolları məbləğində borcun 100 faizinin hüquqi və fiziki şəxslərin müvəkkil bankdakı hesablarına köçürülməsi təmin olunub.

Tədbirdə Baş İdarənin Əməliyyat və İstintaq İdarəsinin rəisi, gömrük xidməti polkovniki Novruz Hacıyev qeyd edib ki, 2023-cü ildə muxtar respublikanın gömük orqanları tərəfindən 64 cinayət faktı aşkarlanıb. Narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı ilə bağlı 60 cinayət işi açılıb. Narkotik qaçaqmalçılığı faktları üzrə ümumilikdə 568 kq 585 q heroin, 144 qram həşiş qətranı, 118 qram marixuana, 112 qram tiryək, 145 qram psixotrop maddələr, 136 qram güclü təsir edən maddələr qanunsuz dövriyyədən çıxarılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 1422 iş çox, yəni ümumilikdə 1643 inzibati xarakterli hüquqpozma faktı aşkar edilib.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir
16:27 19.06.2025
Yeni Papanın məşhur qohumları üzə çıxdı Madonna,Anjelina Coli,Castin Biber...
15:45 19.06.2025
BQXK hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib
15:21 19.06.2025
Paşinyan Aİİ sammitinə getməyəcək
15:02 19.06.2025
Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində təmsil olunur
14:15 19.06.2025
Niderlandın Təl-Əvivdəki səfirliyi "vuruldu"
13:52 19.06.2025
Çimərliklərdə yoxlama aparıldı
13:34 19.06.2025
"Hizbullah" komandiri öldürüldü
13:31 19.06.2025
BRICS: Qərbsiz gələcəyin xəyalı, yoxsa reallıq?
13:08 19.06.2025
"Xameneyinin öldürülməsi geniş xaosa səbəb ola bilər"
12:58 19.06.2025
"İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
12:53 19.06.2025
"ABŞ-nin müdaxiləsi İran-İsrail münaqişəsinin genişlənməsinə səbəb ola bilər"
12:35 19.06.2025
AQTA transsərhəd heyvan xəstəlikləri üzrə monitorinqlər keçirəcək
11:26 19.06.2025
"Zelenski ilə görüşməyə hazıram, amma sənədləri kim imzalayacaq?"
11:22 19.06.2025
"Məqsədimiz İran hökumətini sarsıtmaqdır"
11:08 19.06.2025
Prezident İlham Əliyev BP -nin baş icraçı direktorunu qəbul edib
10:55 19.06.2025
Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
10:52 19.06.2025
Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək
10:32 19.06.2025
Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
10:25 19.06.2025
İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirdi
10:10 19.06.2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
09:54 19.06.2025
Böyük Britaniyanın baş naziri tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv saldı
09:39 19.06.2025
Dünyanın ən yaxşı 1000 Universiteti siyahısında 6 Azərbaycan universiteti var
09:37 19.06.2025
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi
09:03 19.06.2025
İnsanlıq süni intellektə uduzurmu?
09:01 19.06.2025
"ABŞ İrana zərbə endirməyə hazırlaşır"
05:18 19.06.2025
Yaponiyada güclü zəlzələ baş verib
05:07 19.06.2025
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
Antarktidadan gələn qeyri-adi radio siqnalları: Heç kim nə baş verdiyini bilmir
22:32 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
Hamısı