Razini döyən keçmiş sevgilisi: “Mənim hər epizod üzrə faktlarım var”

Cəmiyyət 15:42 22.01.2024

Model Raziyyat (Razi) Əliyevanı döymə və digər cinayət əməllərində təqsirləndirilən iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Ednews  “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib. 

İttihamda deyilir ki, Z.Hüseynzadə sevgi münasibətində olduğu Raziyyat Əliyevanın ona xəyanət etdiyini düşünüb. Bundan sonra qisas almaq məqsədilə modelin əllərini bağlayaraq xəsarətlər yetirib. Bir neçə ay sonra yenidən eyni şübhələrlə R. Əliyevanın yaşadığı evə gedib, onu əlindəki bıçaqla öldürəcəyi ilə hədələyib. 
İttihamda o da qeyd edilir ki, müttəhim Hüseynzadə birgə yaşadıqları dövrdə Raziyyat Əliyevaya bahalı hədiyyələr almasını, birgə xarici səfərlərə getməklə vəsait xərclənməsini bəhanə gətirib, həmçinin ona aldığı 185 min manat dəyərində “Mercedes” markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib. Bundan başqa, təqsirləndirilən şəxs 2023-cü ildə Raziyyat Əliyevaya məxsus avtomobili oğurlamaqla zərərçəkmiş şəxsə 94 min manat ziyan vurub. 

Ziya Hüseynzadə ittihama münasibətdə özünü təqsirli bilməyib.  

Zərərçəkmiş modelin vəkilləri əvvəlcə məhkəmədən Ziya Hüseynzadənin dindirilməsini xahiş ediblər. Lakin Z.Hüseynzadə bununla razılaşmayıb, əvvəl zərərçəkmiş və şahidlərin dindirilməsini istəyib:

“Mənim hər epizod üzrə günahsızlığımı sübut edən faktlarım var. Kimlər bu ittihamları mənə yapışdırıbsa, əvvəlcə onlar danışsınlar. Ən sonda özüm ifadə verəcəyəm, hər şeyi ortaya qoyacağam”.

Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qərara gəlib ki, əvvəlcə zərərçəkmişlər və ardınca şahidlər, daha sonra təqsirləndirilən şəxs dindirilsin. 

Dindirmələr yanvarın 31-i başlayacaq. 

Qeyd edək ki, Z.Hüseynzadə Cinayət Məcəlləsinin 127.2.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma-xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə), 133.2.6 (Əzab vermə-işgəncə ilə törədildikdə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 177.3.2 (Oğurluq-külli miqdarda ziyan vurmaqla), 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə), 186.2.1 (Əmlakı qəsdən məhv etmə-zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla) və 221.1-ci (Xuliqanlıq) maddələri ilə ittiham edilir. 

İş üzrə 3 nəfər- Raziyyat Əliyeva, anası və rəfiqəsi zərərçəkmiş qismində tanınıb. 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində təmsil olunur
14:15 19.06.2025
Niderlandın Təl-Əvivdəki səfirliyi "vuruldu"
13:52 19.06.2025
Çimərliklərdə yoxlama aparıldı
13:34 19.06.2025
"Hizbullah" komandiri öldürüldü
13:31 19.06.2025
BRICS: Qərbsiz gələcəyin xəyalı, yoxsa reallıq?
13:08 19.06.2025
"Xameneyinin öldürülməsi geniş xaosa səbəb ola bilər"
12:58 19.06.2025
"İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
12:53 19.06.2025
"ABŞ-nin müdaxiləsi İran-İsrail münaqişəsinin genişlənməsinə səbəb ola bilər"
12:35 19.06.2025
AQTA transsərhəd heyvan xəstəlikləri üzrə monitorinqlər keçirəcək
11:26 19.06.2025
"Zelenski ilə görüşməyə hazıram, amma sənədləri kim imzalayacaq?"
11:22 19.06.2025
"Məqsədimiz İran hökumətini sarsıtmaqdır"
11:08 19.06.2025
Prezident İlham Əliyev BP -nin baş icraçı direktorunu qəbul edib
10:55 19.06.2025
Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
10:52 19.06.2025
Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək
10:32 19.06.2025
Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
10:25 19.06.2025
İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirdi
10:10 19.06.2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
09:54 19.06.2025
Böyük Britaniyanın baş naziri tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv saldı
09:39 19.06.2025
Dünyanın ən yaxşı 1000 Universiteti siyahısında 6 Azərbaycan universiteti var
09:37 19.06.2025
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi
09:03 19.06.2025
İnsanlıq süni intellektə uduzurmu?
09:01 19.06.2025
"ABŞ İrana zərbə endirməyə hazırlaşır"
05:18 19.06.2025
Yaponiyada güclü zəlzələ baş verib
05:07 19.06.2025
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
Antarktidadan gələn qeyri-adi radio siqnalları: Heç kim nə baş verdiyini bilmir
22:32 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
Hamısı