Binəqədi rayonunda yanğın baş verib.
FHN-dən Ednews-a verilən xəbərə görə, Binəqədi rayonunda ümumi sahəsi 250 m² olan 12 otaqlı tikilinin 2 otağının tavanı 10 m² sahədə, bitişik sahəsi 25 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan taxta tullantıları yanıb.
Tikilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.