Son günlər paytaxtın mərkəzində, xüsusilə də şəhərətrafı qəsəbələrdə "Xaski" cinsli itlərin sayında artım müşahidə edilir.
Ednews-un verdiyi xəbərə görə, sahibləri tərəfindən atılan cins itlər şəhərin müxtəlif yerlərində görünməkdədirlər.
Sadiq hesab olunan bu canlıların sərbəst şəkildə ətrafda gəzişməsi şəhər sakinlərinin həyatını təhlükə altında qoyur.
Aidiyyəti qurumlar məsələnin kökündən həlli üçün əlavə tədbirlər görməlidirlər.
Onu da qeyd edək ki, "Xaski" cinsli itlər ev şəraitində böyüdüləndən sonra küçəyə atılır. Belə olan halda onun küçə həyatına uyğunlaşması ağırlaşır və eyni zamanda quduz təhlükəsi də yaranır.
Oğuz