Məşhur müğənni Filipp Kirkorov ABŞ-nin Mayami şəhərində yerləşən malikanəsini qızı Alla-Viktoriyaya cəmi 100 dollara satıb.
EDnews “Lenta.ru”ya istinadən xəbər verir ki, xalq artisti villanı bu qiymətə satsa da, malikanənin rəsmi dəyəri 4,38 milyon dollardır.
Bildirilib ki, Kirkorov bu addımı qızı Alla-Viktoriyanın ABŞ vətəndaşlığı hüququnu təmin etmək məqsədilə atıb.
Qeyd edək ki, ötən ay ABŞ Maliyyə Nazirliyi Rusiyanın xalq artisti Filipp Kirkorovun həmin malikanəsində yoxlama aparmışdı.
Mayami-Biçdə yerləşən 1380 kvadratmetrlik əmlak iki evdən ibarətdir. Əsas ev və sərnişin liftləri, hovuz, qaraj, terraslar və spa olan qonaq evi.
Kirkorov bu malikanəni 2011-ci ildə 4,2 milyon dollara almışdı. 2024-cü ildə isə onu 8 milyona satışa çıxarsa da, alıcı tapa bilməyib.







