yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları arasında ziddiyyətlər olduğunu qeyd edir.
“EDnews” xəbər verir ki, bunu Rusiya baş nazirin müavini Aleksey Overçuk TASS-a deyib.
"Həmkarım Mqer Qerbertoviçə (Ermənistanın baş nazirinin müavini Qriqoryan-red) ünvanlanmış məktubu imzalamağa hazırlaşıram ki, fikrimizcə, bu hərəkətlər (Aİ ilə yaxınlaşma normaları-red) Avrasiya İqtisadi İttifaqının normalarına ziddir.
Buna uyğun olaraq, müvafiq tədbirlərin görülməsi məsələsinə baxacağıq", - Rusiya baş nazirinin müavini xəbərdarlıq edib.