"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir"

Hadisə 21:56 27.06.2025

"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir".

“EDnews” xəbər verir ki, bunu  C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru, xalq artisti, kinorejissor Xamis Muradov deyib.

O hesab edir ki, hadisə insan müdaxiləsi ilə baş verməyib:

"Bu, təbiət hadisəsi kimi bir vəziyyətdir. Kino və konsert çəkilişlərində istifadə etdiyimiz qara, qırmızı, ağ tüstü effektləri var. O anbarda da həmin maddələr saxlanılırdı. Ola bilər, nəsə işə düşüb, maddələr alışaraq partlayıb. Bu maddələr partlayanda güclü səs çıxarır, söndürmək də çətin olur. Dəqiq deyə bilmərəm, anbarda bəlkə 20, bəlkə 30 kiloqram barıt ola bilərdi".

Xamis Muradov 1970-ci illərdə çəkiliş zamanı baş vermiş faciəni xatırladıb:

"Onda "Mən ki gözəl deyildim" filminin çəkilişi zamanı belə hadisə baş vermişdi. Lənkəranda müharibə səhnəsi çəkilirdi. Suyun altında pirotexniki maddələr yerləşdirilmişdi. Rejissor "motor" dedikdən sonra partlayışlar başladı. Birinci dubldan sonra ehtiyat üçün gətirilən maddələr partladı. Nəticədə 7 nəfər həyatını itirdi. Rejissor, assistent də vəfat etdi. Filmin operatoru Rasim Ocaqov idi".

O, əlavə edib ki, kinostudiya yaranandan bəri orada pirotexnika anbarı olub:

"Bu tip anbarlar studiyanın fəaliyyəti üçün vacibdir. Bizdə hətta silah anbarı da var. Tikilinin əsası 1951-ci ildə qoyulub. O vaxt bu ərazi şəhərin kənarı idi, ətrafda mal-qara otarılırdı. İndi şəhər böyüyüb, yaşayış binaları ilə əhatələnib. Məncə, bu yer köçürülməlidir. O vaxt nazirlik tərəfindən hər il yoxlamalar aparılırdı. Mənim gənclik illərimdə kinostudiyada 1 450 nəfər çalışırdı. Əgər bu hadisə o dövrdə və iş vaxtında baş versəydi, daha qorxulu vəziyyət yaranardı".

Xatırladaq ki, iyunun 26-da saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, kinostudiya ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"

Xəbər xətti

İranlı diplomat "Qərbi Azərbaycan" ifadəsinə etiraz etdi - "Bu, yolverilməzdir"
02:53 28.06.2025
Qırğızıstanda dağ gölünün bəndi uçub
02:27 28.06.2025
Samuxda ağır yol qəzası baş verib
01:46 28.06.2025
"Fars körfəzi regionunda radiasiya səviyyəsi normaldır"
01:24 28.06.2025
Konqo və Ruanda arasında sülh sazişi imzalandı
00:57 28.06.2025
Ulduzlar sabahkı gün barədə nə deyir ?
00:29 28.06.2025
Ukraynadan xüsusi əməliyyat: Rusiyanın 2 qırıcısı məhv edildi
23:56 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyan saxlanıldı
23:41 27.06.2025
"Xameneini alçaldıcı ölümdən xilas etdim"
23:26 27.06.2025
WhatsApp yeni funksiyasını təqdim etdi
23:08 27.06.2025
DİN valideynlərə xəbərdarlıq etdi
22:53 27.06.2025
Kreml Bizə Nə Deyir? Şahlar Ruhi yazır...
22:44 27.06.2025
Türkiyədə meşə yanğını ilə əlaqədar üç şübhəli saxlanılıb
22:38 27.06.2025
“İranın lazımi addımlar atmasını gözləyirik”
22:23 27.06.2025
Sərmayəmizi dollara çevirək,yoxsa...? -Ekspert danışdı
22:08 27.06.2025
"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir"
21:56 27.06.2025
" Bəzi qərb ölkələri Rusiyanı avadanlıq və kritik komponentlərlə təchiz edirlər" -Zelenskidən şok iddia
21:38 27.06.2025
Siqaretə görə 20 illik dostunu qətlə yetirən şəxsə hökm oxundu
21:26 27.06.2025
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
21:05 27.06.2025
"Aİ ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının normaları arasında ziddiyyətlər var" Rusiya Ermənistana xəbərdarlıq etdi
20:50 27.06.2025
"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"
20:42 27.06.2025
"Stokholm sindromu" anlayışına səbəb soyğunçu vəfat etdi
20:35 27.06.2025
"İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik"
20:22 27.06.2025
Evlilik üçün ən ideal bürclər hansılardır?
20:20 27.06.2025
Qusarda qəzaya düşənlərin kimliyi məlum oldu
20:16 27.06.2025
Avropa çempionatında birinci olan Azərbaycanın güləşçiləri Vətənə qayıtdı -FOTOLAR
20:10 27.06.2025
"Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq"
20:04 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyanın 20-dən çox tərəfdarı saxlanılıb
19:45 27.06.2025
Putin Trampla görüşü istisna etməyib
19:30 27.06.2025
Türkiyədə güclü yanğın baş verib
19:15 27.06.2025
Sabah çimərliklərdə hava necə olacaq?
19:00 27.06.2025
"Qara dəniz sualtı kabel layihəsi Gürcüstanı regionun bağlantı mərkəzinə çevirəcək"
18:45 27.06.2025
Arxiyepiskop İstintaq Komitəsinə getdi
18:30 27.06.2025
Devid Bekhem əməliyyat olundu
18:15 27.06.2025
Rəqəmsal nəqliyyat bizə nə vəd edir?
18:08 27.06.2025
"Bizə yeni nəqliyyat dəhlizləri lazımdır"
17:45 27.06.2025
"Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
16:45 27.06.2025
" Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb"
16:22 27.06.2025
İsrail "Hizbullah"a məxsus hərbi obyektə zərbə endirib
15:15 27.06.2025
MEDİA və "Euronews"un keçirdiyi təlim proqramı yekunlaşdı
15:00 27.06.2025
Hamısı