Qusar rayonu ərazisində bu gün baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (6-sı kişi, 1-i qadın olmaqla) Qusar Rayon Mərkəzi Xəstəxasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
“EDnews” TƏBİB-ə istinadən xəbər verir ki, 1994-cü və 1995-ci il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin edilib. Hər iki şəxsə zəruri tibbi yardım göstərildikdən sonra onlar özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.
5 nəfərə bədənin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Onlardan 2 nəfərin vəziyyətləri orta-ağır qiymətləndirildiyindən Reanimasiya şöbəsinə yerləşdirilib.
Digər şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
Xatırladaq ki, bu gün saat 14:00 radələrində Qusar-Şahdağ yolunda turistləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində 5-i Pakistan vətəndaşı olmaqla, 8 nəfər xəsarət alıb.