Rəsmi Bakı Nikol Paşinyana cavab verdi

Siyasət 16:31 26.05.2025

26 may 2025-ci il tarixində Ermənistan Baş nazirinin İrəvan Dialoqu zamanı təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün Konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, Ermənistanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur.

“EDnews” xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin İrəvan Dialoqu zamanı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

"Bundan əlavə, Minsk Qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır. Minsk Qrupunun fəaliyyət sahəsi olan münaqişə həll olunduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvini tələb edib. Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır.

 Azərbaycan və Ermənistan arasındakı münaqişə Azərbaycan ərazilərinin Ermənistanın 30 illik işğalından azad edilməsi ilə başa çatdığına baxmayaraq, Minsk Qrupunun buraxılmasının "Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan ərazisində bağlamaq və onu Ermənistanın suveren ərazisinə keçirmək” məqsədi daşıdığı iddiası tamamilə manipulyasiyadır. Ermənistan belə bir mövqe ilə münaqişənin bitmədiyinə və Minsk Qrupunun saxlanılmalı olduğuna işarə edir.

Ermənistan Baş nazirinin Qərbi Azərbaycan barədə fikirləri faktların təhrif edilməsi və demək olar ki, Ermənistan əhalisinin əksəriyyətini təşkil etmiş azərbaycanlıların ayrılmaz hüquqlarının açıq şəkildə inkar edilməsidir. Qərbi Azərbaycan İcmasına dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur və Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək məqsədi daşıyır”, - XİN rəsmisi vurğulayıb.

Ayxan Hacızadə qeyd edib ki, kommunikasiya marşrutlarının açılması məsələsinə gəldikdə, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi inteqrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz: "Ermənistanın müqaviməti və mürəkkəb tranzit marşrutları təklif etməsi irəliləyişi ləngidir və regional əməkdaşlığın əhəmiyyəti haqqında bəyanatlara ziddir.

Davamlı sülhə nail olmaq üçün, Ermənistan öz Konstitusiyasında ərazi iddialarını aradan qaldırmaqla müvafiq dəyişiklik etməli və Minsk Qrupunun heç bir şərt olmadan buraxılmasını dəstəkləməlidir. Azərbaycanın şərtləri maneələr deyil, regional sülh və sabitliyi təmin etmək üçün legitim addımlardır”.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

İrəvanda Matviyenkonun gəlişinə etiraz edildi
12:19 06.06.2025
Saxta Pasportla Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi
11:51 06.06.2025
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
11:38 06.06.2025
"İran ballistik raketlərin yanacağı üçün Çindən xammal alır"
10:36 06.06.2025
Nə Çin səddi, nə də piramidalar: Kosmosdan aydın görünən tikili açıqlandı
10:05 06.06.2025
“Arsenal” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
09:42 06.06.2025
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
09:27 06.06.2025
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
08:01 06.06.2025
Çində qlobal internetə giriş verməyə başlayıblar
06:03 06.06.2025
"İsrail Fələstin tayfalarını HƏMAS-a qarşı döyüşmək üçün cəlb edib"
00:15 06.06.2025
NATO-nun müdafiə nazirləri Baltik dənizinin təhlükəsizliyinə dair bəyannamə imzalayıblar
00:09 06.06.2025
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:01 06.06.2025
"Sinxua" agentliyi Azərbaycanda ipəkçiliyin dirçəlişindən yazıb
15:58 05.06.2025
"Azad olunmuş ərazilərdə biznes qurmaq üçün 10-dan çox Çin şirkəti müraciət edib"
15:52 05.06.2025
Ümumdünya Şəhərsalma Forumunun Təşkilat Komitəsi yaradıldı
15:13 05.06.2025
Azərbaycan biznesi istilik təchizatı sektoruna maraq göstərəcəkmi?
14:55 05.06.2025
Paşinyan Oskanyanı quldur adlandırdı
14:26 05.06.2025
Dəmir yolları gücləndirilmiş rejimdə işləyəcək
13:36 05.06.2025
“Azercell” danışıq tarifləri ilə bağlı yeni açıqlama verdi
13:19 05.06.2025
FTB Vaşinqton ştatında nasist simvolları aşkarladı
13:11 05.06.2025
Moskva Tehran və Vaşinqtonun nüvə danışıqlarına qoşula bilər
13:03 05.06.2025
Azərbaycan XİN Danimarkanı təbrik edib
12:44 05.06.2025
Böyük investorlar ABŞ bazarını tərk edirlər
12:26 05.06.2025
Almaniya hərbçilərinin sayını artırır
12:25 05.06.2025
Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı fəallaşdırmağa çağırdı
12:16 05.06.2025
"Aİ dialoqa başlamaq xahişlərimizə kobud bəyanatlarla cavab verir"
12:12 05.06.2025
"McDonald's Azərbaycan" Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq
11:20 05.06.2025
"E-ahik" elektron informasiya sistemi istifadəyə verilib
11:17 05.06.2025
"Arsenal" dörd futbolçusu ilə vidalaşdı
11:14 05.06.2025
AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb
11:02 05.06.2025
İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı
10:42 05.06.2025
UNEC-də Beynəlxalq Elmi Konfrans keçiriləcək
10:38 05.06.2025
"Neftçi" sabiq PSJ-linin transferini açıqladı
10:25 05.06.2025
Ronaldo Portuqaliyanı Finala çıxardı
08:55 05.06.2025
Space Forge: Kosmosda Yarımkeçirici Materialların İstehsalı üçün Startap 30 Milyon Dollar Yığdı
08:41 05.06.2025
Rusiya Ukraynadan qisas aldı
08:36 05.06.2025
Fırıldaqçılar Böyük Britaniyanın vergi xidmətindən külli miqdarda pul oğurlayıblar
08:24 05.06.2025
Rusiyada məşhur xəbər agentliyinin ofisində AXTARIŞLAR BAŞLADI: Saxlanılanlar var
08:23 05.06.2025
Paşinyan II Qaregindən cavab gözləyir
08:14 05.06.2025
Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün Qonağı Olacaq
07:50 05.06.2025
Hamısı