Almaniya müdafiə naziri Boris Pistorius NATO müttəfiqlərini Rusiyanı alyans üçün ən böyük təhlükə kimi rəsmən tanımağa çağırıb.
“EDnews” xəbər verir ki, o, bu fikirləri iyulda Haaqada keçiriləcək NATO sammiti ərəfəsində səsləndirib.
Nazirin sözlərinə görə, geosiyasi vəziyyətin kəskin dəyişməsi və Rusiyanın artan hərbi fəallığı fonunda Almaniya silahlı qüvvələri – Bundesver – öz tərkibini əhəmiyyətli şəkildə genişləndirməlidir. Pistorius Bundesverin şəxsi heyətinin sayını 60 min nəfərə çatdırmaq niyyətində olduqlarını bildirib.
O əlavə edib ki, NATO daxilində təhlükəsizlik strategiyalarının təkmilləşdirilməsi və Rusiyaya qarşı kollektiv müdafiə tədbirlərinin gücləndirilməsi zəruridir.
Qeyd edək ki, NATO-nun növbəti sammiti iyul ayında Niderlandın Haaqa şəhərində keçiriləcək. Sammitdə Rusiyanın hərbi təhdidlərinə qarşı alyansın strateji cavabları əsas müzakirə mövzularından biri olacaq.
Fatimə Şükürova // EDnews