Tehran ABŞ ilə gərgin nüvə danışıqları fonunda hərbi potensialını bərpa etməyə çalışır.
"EDnews" xəbər verir ki, bu barədə "The Wall Street Journal"a adı açıqlanmayan mənbədən məlumat verilib.
Məlumata görə, İran ballistik raketlərin istehsalı üçün lazım olan minlərlə ton materialı Çindən sifariş edib.
Bildirilib ki, xammala "ammonium perxlorat" daxildir və mənbələrin dediyinə görə, yaxın aylarda İrana çatacaq. Ammonium perxlorat İranın ballistik raketləri üçün bərk yanacaq istehsalının əsas tərkib hissəsidir.
Qeyd olunub ki, bu materialların bəziləri husilər də daxil olmaqla, bölgədə İrana bağlı olan silahlı qruplara göndəriləcək.