Kanadada Meşə Yanğınları baş verir

Təbii fəlakət 06:41 03.06.2025

Kanadada genişmiqyaslı meşə yanğınları səbəbilə üç əyalətdə 25 mindən çox sakin evakuasiya edilib. EDnews "The Independent"ə istinadən xəbər verir ki, davam edən yanğınlar ABŞ-ın bir sıra ştatlarında da hava keyfiyyətini təhlükə altına salıb.

Ən çox təxliyə edilənlər Manitobadan olub. Burada ötən həftə fövqəladə vəziyyət elan edildikdən sonra minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Albertada 1300 nəfərlə birlikdə 17 minə yaxın insan köçürülüb, Saskaçevanda isə 8000-dən çox sakin təhlükəsizlik tədbiri olaraq ərazidən çıxarılıb.

Mütəxəssislər bildirir ki, tüstü səbəbindən həm Kanada, həm də ABŞ-ın sərhəd bölgələrində havanın keyfiyyəti kəskin şəkildə pisləşib, görmə məsafəsi azalıb. Saskaçevan İctimai Təhlükəsizlik Agentliyi əhaliyə xəbərdarlıq edib ki, tüstü səbəbilə havanın keyfiyyəti saatdan-saata dəyişə bilər və sağlamlıq üçün ciddi risklər yarana bilər.

Saskaçevanın Baş naziri Skott Moe qeyd edib ki, davam edən isti və quru hava yanğınların böyüməsinə səbəb olur:
“Növbəti dörd-səkkiz gün bizim üçün kritik olacaq. Yalnız ciddi yağış yağarsa, vəziyyət sabitləşə bilər”, – deyə o bildirib.

Manitobanın şimal-qərbində yerləşən Flin Flon şəhərində 5000-dən çox insan evakuasiya edilib. Bu bölgədəki yanğınların səbəbi Saskaçevan əyalətinin Creighton yaxınlığında başlayan və sonradan sürətlə yayılan alovlardır. Elektrik enerjisinin kəsilməsi və tüstü səbəbilə bölgədə həyat iflic vəziyyətinə düşüb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Meşə Xidməti Albertaya hava tankeri yerləşdirib və Kanadaya 150 yanğınsöndürən və əlavə avadanlıq göndərəcəyini açıqlayıb.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin AirNow portalının məlumatına əsasən, Şimali Dakota, Montana, Minnesota və Cənubi Dakota ştatlarında havanın keyfiyyəti “qeyri-sağlam” səviyyəyə düşüb.

Yanğınların nə vaxt tam nəzarət altına alınacağı hələlik bilinmir. Rəsmilər isə ümid edirlər ki, yaxın günlərdə baş verəcək yağışlar vəziyyəti yüngülləşdirəcək

Fatimə Şükürova // EDnews

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

İrəvanda Matviyenkonun gəlişinə etiraz edildi
12:19 06.06.2025
Saxta Pasportla Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi
11:51 06.06.2025
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
11:38 06.06.2025
"İran ballistik raketlərin yanacağı üçün Çindən xammal alır"
10:36 06.06.2025
Nə Çin səddi, nə də piramidalar: Kosmosdan aydın görünən tikili açıqlandı
10:05 06.06.2025
“Arsenal” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
09:42 06.06.2025
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
09:27 06.06.2025
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
08:01 06.06.2025
Çində qlobal internetə giriş verməyə başlayıblar
06:03 06.06.2025
"İsrail Fələstin tayfalarını HƏMAS-a qarşı döyüşmək üçün cəlb edib"
00:15 06.06.2025
NATO-nun müdafiə nazirləri Baltik dənizinin təhlükəsizliyinə dair bəyannamə imzalayıblar
00:09 06.06.2025
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:01 06.06.2025
"Sinxua" agentliyi Azərbaycanda ipəkçiliyin dirçəlişindən yazıb
15:58 05.06.2025
"Azad olunmuş ərazilərdə biznes qurmaq üçün 10-dan çox Çin şirkəti müraciət edib"
15:52 05.06.2025
Ümumdünya Şəhərsalma Forumunun Təşkilat Komitəsi yaradıldı
15:13 05.06.2025
Azərbaycan biznesi istilik təchizatı sektoruna maraq göstərəcəkmi?
14:55 05.06.2025
Paşinyan Oskanyanı quldur adlandırdı
14:26 05.06.2025
Dəmir yolları gücləndirilmiş rejimdə işləyəcək
13:36 05.06.2025
“Azercell” danışıq tarifləri ilə bağlı yeni açıqlama verdi
13:19 05.06.2025
FTB Vaşinqton ştatında nasist simvolları aşkarladı
13:11 05.06.2025
Moskva Tehran və Vaşinqtonun nüvə danışıqlarına qoşula bilər
13:03 05.06.2025
Azərbaycan XİN Danimarkanı təbrik edib
12:44 05.06.2025
Böyük investorlar ABŞ bazarını tərk edirlər
12:26 05.06.2025
Almaniya hərbçilərinin sayını artırır
12:25 05.06.2025
Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı fəallaşdırmağa çağırdı
12:16 05.06.2025
"Aİ dialoqa başlamaq xahişlərimizə kobud bəyanatlarla cavab verir"
12:12 05.06.2025
"McDonald's Azərbaycan" Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq
11:20 05.06.2025
"E-ahik" elektron informasiya sistemi istifadəyə verilib
11:17 05.06.2025
"Arsenal" dörd futbolçusu ilə vidalaşdı
11:14 05.06.2025
AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb
11:02 05.06.2025
İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı
10:42 05.06.2025
UNEC-də Beynəlxalq Elmi Konfrans keçiriləcək
10:38 05.06.2025
"Neftçi" sabiq PSJ-linin transferini açıqladı
10:25 05.06.2025
Ronaldo Portuqaliyanı Finala çıxardı
08:55 05.06.2025
Space Forge: Kosmosda Yarımkeçirici Materialların İstehsalı üçün Startap 30 Milyon Dollar Yığdı
08:41 05.06.2025
Rusiya Ukraynadan qisas aldı
08:36 05.06.2025
Fırıldaqçılar Böyük Britaniyanın vergi xidmətindən külli miqdarda pul oğurlayıblar
08:24 05.06.2025
Rusiyada məşhur xəbər agentliyinin ofisində AXTARIŞLAR BAŞLADI: Saxlanılanlar var
08:23 05.06.2025
Paşinyan II Qaregindən cavab gözləyir
08:14 05.06.2025
Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün Qonağı Olacaq
07:50 05.06.2025
Hamısı