“Sözü yola vermək əxlaqsızlıqdır” – Azərbaycan yazıçılarının yazı mətbəxi – SORĞU

Mədəniyyət 10:30 13.06.2024

Dünya yazıçılarının yazı prosesləri maraqlı faktlarla zəngindir. Hemenquey ayaq üstdə gəzə-gəzə, Selincer lüt, Mark Tven yataq otağında əsərlərini yazırmış. Bəs Azərbaycan yazıçılarının yazı prosesi necədir? Onlar yazarkən qeyri-adi üsullara əl atırlarmı? 

Ednews bu barədə tanınmış yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Vidadi Babanlı:

“Vicdan susanda”nı təxminən 10 ilə yazmışam. Bu əsərə görə məni çox incitdilər. 4 il işsiz qaldım. Həbs etmək istəyirdilər. Sıxışdırırdılar, tənqid edirdilər. Deyirdilər ki, bu sovet quruluşuna böhtandır, kommunistlər ən vicdanlı adamlardır, yazıçı bütün bunları özündən uydurub. İttiham elədilər məni. KQB-yə çağırdılar. Sonra iş elə gətirdi ki, məsələ ləngidi. Hakimiyyət dəyişdi respublikada. Heydər Əliyev gəldi. Mən danışdığım hadisə 1967-ci ildə baş vermişdi. “Vicdan susanda” “Azərbaycan” jurnalında çap olunmuşdu. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldi. Mən ona vəziyyəti izah etdim. Heydər Əliyev məsələni yoxlatdırdı. Yazıçılar Birliyinin sədri Mirzə İbrahimov partiyada iclas keçirdi. İclasda Mirzə İbrahimov təklif elətdirdi ki, məni partiyadan çıxarsınlar. Onda Əli Vəliyev etiraz elədi, dedi, bu, böyük bir cinayətdir, gəlin bunu yumşaldaq. Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli o təklifin əleyhinə oldular, töhmət verilməklə kifayətlənmək lazım olduğunu dedilər. Qəribə taleyi oldu o əsərin”. 

Sevinc Elsevər:

“Xüsusi bir adətim yoxdur. Vaxt tapandan-tapana yaza bilirəm. Həm də yaşla, zamanla sağlamlıq imkanların itir. Yeddi ildir dəhşətli bel ağrılarım var. Ona görə irihəcmli mətnlər yazmaqdan qaçıram. Yazı adətim elə bu bel ağrısından yaranıb. Bir az yazıb, durub gəzirəm ki, belimin ağrısı səngisin. Başqa adətim yoxdur. Yarım saatdan bir istirahət etməyə məcburam. Çox ağrıdığım vaxtlarda mətn beynimi deşsə də, yazmıram. Yazmaq  fiziki cəhətdən ağrılıdır. Nə bilim vallah, yazmaq da ağrılıdır, yazmamaq da. Zülmətdə daşdır, götürən peşman, qoyan peşman. Qeyri-adi hadisə o olub ki, bəzən uydurma yazmışam, reallaşıb. Bu bir az məni ehtiyatlı edib. Ancaq gözəl şeylərin də reallaşdığı olub. “Şeytan çarxı" uşaq romanını yazanda Şuşaya getmək xəyal idi. Qəhrəmanlarımı gələcəyə apardım, gələcəkdə Şuşaya getdilər. Sehrli xalçayla 7 uşaq səfər edirdi. Müxtəlif zamanlara, müxtəlif ölkələrə. Bir səfəri də gələcəyin azad, xoşbəxt Şuşasına yollamışdım uşaqları. Sonra elə oldu, Şuşa azad oldu. Mən özüm avtobusla Şuşaya getdim. Elə hiss edirdim ki, sanki elə həmin o sehrli xalçayla gəlmişəm. Qəribə duyğular idi”. 

Cavid Zeynallı:

“Yazmaq əzab yox, ləzzətdir. Vacib olan odur ki, o havaya, hala düşə biləsən. Biz yazıçı həyatı yaşamırıq ki, xüsusi qaydamız, ritualımız olsun. Biz yazıçılıqla hərdən məşğul oluruq. Biz ona görə deyirəm ki, təkcə öz adımdan yox, həmkarlarımın da adından danışıram. Sadəcə, yazıçılığı, yazıçı mətbəxini, prosesi imitasiya edirik. Çoxdandır heç nə yazmıram. Amma əlbəttə, beyində proses həmişə gedir”.

Ömər Xəyyam:

“Ümumiyyətlə, mən status yazanda belə əziyyət çəkirəm. Yazmağın, yazının məsuliyyətini dərk edirəm. Sözün enerjisini duyuram, hər sözü canımdan keçirirəm. Necə gəldi yazıb - sözü yola vermək, yaxud nə gəldi danışıb - ağız boşluğuna zir-zibil doldurmaq əxlaqsızlıqdır. Yanlış anlaşılmasın. Sözün özü bilavasitə zir-zibildən münəzzəhdir və olan hər şey sözdür, söz olmayan şeylər də ölüb söz olacaq. Müddət məzmuna görə, temaya görə dəyişir. Məsələn, bir hekayəni bir ilə yazıram. Canım çıxır bir cümləni yazanacan. Sonsuz redaktə prosesi məni yorur, axırda da bəyənməyib "shift+delete" edirəm. Perfeksionistəm, bir növ. Yazmaq əzablıdır, əlbəttə. Çətin prosesdir. Yazmaq Allahı xatırlamaqdır. Yüksəlməkdir. Ol səbəb məşəqqətlidir. Elə ol səbəb də hamı yazmasın gərək. Sözü duymamaq, onun enerjisini hiss etməmək böyük günahdır”.

Fəridə:

“Məndə yazı prosesi çox əziyyətlidir. Çünki yazmamaq üçün özümlə mübarizə aparıram, adətən, bezib yazmağa başlayıram ki, fikrimdə gəzdirdiyim hekayələrdən, düşüncələrdən xilas olum. Yazı vaxtının konkret, planlanmış müddəti olmur. Bəzən bir anlıq çəkir, bəzən də saatlarla. Elə olur ki, yazmaq üçün oturub sonra haralardasa azıram, bir də ayılıram ki, nəsə oxuyuram, nəyəsə baxıram və mətn qalıb kənarda. Ya da eləcə yazmaq istədiyim mətnə aid olmayan şeylər düşünürəm. Yazı zamanı qeyri-adi nəsə yaşamamışam, amma elə şeylər olub ki, onları boğula-boğula yazmışam. Dəfələrlə qalxıb su içib, hava alıb, əl-üzümə su vurub yenidən qayıtmışam. Yazmaq bəzən əzablıdır, amma düşüncələr daha çox ağrıdır. Onlardan xilas olmaq üçün bircə yolum qalır: yazmaq”.

Oğuz 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Hamısı