Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunda növbəti əmək yarmarkası keçirəcək.
EDnews xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, yarmarka Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə birgə təşkil olunacaq.
Tədbir 3 iyun 2026-cı il tarixində saat 15:00-da Zəngilan şəhəri, Samir Sarıyev küçəsi, 7 ünvanında keçiriləcək.
Yarmarkada nasos qurğularının maşinisti, təmizləyici qurğuların operatoru, təmirçi-çilingər və digər peşələr üzrə vakansiyalar təqdim ediləcək.
Aktiv məşğulluq tədbiri çərçivəsində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Həmçinin iştirakçılara Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.
Məlumatda qeyd olunub ki, əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

.jpg)





